Aİ Gürcüstanda verilən COVID-19 pasportlarını tanımağa hazırlaşır
Tarix: 15-11-2021 14:29 | Bölmə: Dünya
Aİ Gürcüstanda verilən COVID-19 pasportlarını tanımağa hazırlaşır

Bu gün Avropa İttifaqı (Aİ) Gürcüstanda təqdim olunan COVID-19 pasportlarının tanınması barədə qərar qəbul edəcək.

Bu barədə Aİ-nin qonşuluq və genişlənmə siyasəti üzrə komissarı Oliver Varheli məlumat verib.

Onun sözlərinə görə, analoji qərarın Moldova və Serbiya ilə bağlı da veriləcəyi nəzərdə tutulub.

Aİ rəsmisi bildirib ki, yeni qərarla Gürcüstan, Moldova və Serbiya vətəndaşlarının Avropa ölkələrinə səfər etməsi sadələşdiriləcək.

Qeyd edək ki, koronavirus əleyhinə peyvəndin hər iki dozasını vurduran Gürcüstan vətəndaşları COVID-19 sertifikatlarını Ədliyyə Evlərinin filiallarında əldə edə bilirlər. Bu sənəd qonşu ölkədə gələn ayın 1-dən etibarən bir sıra qapalı məkanlara daxil olmaq üçün vətəndaşlar və turistlərdən tələb ediləcək/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər