Avropa İttifaqı Suriyaya qarşı sanksiya siyahısını genişləndirib
Tarix: 15-11-2021 18:54 | Bölmə: Dünya
Avropa İttifaqı Suriyaya qarşı sanksiya siyahısını genişləndirib

Avropa İttifaqı Suriyaya qarşı sanksiya siyahısını genişləndirib.

Belə ki, Aİ Şurasının qərarı ilə Suriyadakı mövcud vəziyyət nəzərə alınmaqla həmin ölkənin məhdudiyyətlər tətbiq edilən şəxs və təşkilatlar siyahısına yeni təyin edilmiş dörd nazir də əlavə edilib.

Hazırda Suriyanın 287 şəxsi və 70 qurumuna qarşı səyahət qadağası və aktivlərin dondurulması kimi məhdudiyyətlər tətbiq olunur.

Xatırladaq ki, 2011-ci ildə mülki əhaliyə qarşı zorakılıqlara cavab olaraq tətbiq olunmuş sanksiyaların hədəfi Suriyadakı mövcud iqtidar nümayəndələrilə yanaşı, rejimlə, hərb iqtisadiyyatı ilə əlaqəsi olan şirkətlər və sahibkarlardır. Neft idxalına qadağa gətirilməsini, Suriya Mərkəzi Bankının Aİ ölkələrindəki aktivlərinin dondurulmasını nəzərdə tutan sanksiyalar bir sıra sərmayələrin məhdudlaşdırılmasını, ölkə daxilindəki təqib fəaliyyətləri, telefon və internet dinləmələrində istifadə oluna biləcək texnologiyalar və ləvazimatın əldə edilməsini də məhdudlaşdırır/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər