Moskvada satıcı qiymətdən narazı alıcıları güllələyib
Tarix: 15-11-2021 20:31 | Bölmə: Dünya
Moskvada satıcı qiymətdən narazı alıcıları güllələyib

İnternet-mağazada avtomobil hissələrinin alveri ilə məşğul olan satıcı narazı alıcılara travmatik silahdan atəş açıb.

“Mash” teleqram-kanalın bir saat əvvəl yaydığı xəbərdə deyilir ki, Rusiya paytaxtının Volokolamsk şossesində atışma baş verib. Məlumatda qeyd olunur ki, 53 yaşlı kişi və onun 24 yaşlı oğlu internet-mağazada avtomobilləri üçün ehtiyat hissələri sifariş veriblər, amma mallar təslim edilən məntəqədə bəlli olub ki, alıcılar ilkin deyiləndən daha çox pul ödəməli olacaqlar. Bahalıqdan son dərəcə qəzəblənmiş ata və oğul əvvəlcə satıcını söyüb, təhqir ediblər, sonra isə ona fiziki güc tətbiq etməyə başlayıblar. Çıxılmaz vəziyyətə düşdüyünü anlayan satıcı travmatik tapançasını çıxarıb, ondan qızmış atanın üzünə, oğlunun isə boynuna və kürəyinə atəş açıb.

Hadisədə zərər çəkənlər xəstəxanaya yerləşdirilib. Baş vermiş insidentlə bağlı polis yoxlamaya başlayıb.

Yeri gəlmişkən, bir neçə gün əvvəl Moskvadakı dükanların birində istifadə müddəti keçmiş pelmeə görə satıcını möhkəm əzişdirriblər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}