Bayden: “ABŞ və Çinin dünya və insanlar qarşısında məsuliyyəti var”
Tarix: 16-11-2021 10:12 | Bölmə: Dünya
Bayden: “ABŞ və Çinin dünya və insanlar qarşısında məsuliyyəti var”

Ağ Evin Tayvanın müstəqilliyini dəstəkləmədiyini bəyan edən ABŞ prezidenti “Vahid Çin” prinsipinə sadiq olduqlarını bildirib.

Rusiya elektron portallarının yaydığı informasiyada qeyd olunur ki, ABŞ prezidenti Co Bayden və ÇXR-in dövlət başçısı Si Tsinpin arasında baş tutan virtual görüşün əvvəlində Ağ Evin sahibi bildirib ki, onun ölkəsi nə Çinin daxili sistemini dəyişməyə, nə də Pekinlə qarşıdurmaya getməyə çalışmır: “Biz sadəcə, sağlam məntiqlə bəzi məhdudiyyətləri tətbiq etməliyik. Həyati əhəmiyyət daşıyan dünya problemləri, misal üçün, iqlim dəyişikliyi ilə mübarizədə yaxından əməkdaşlıq etməliyik".

ABŞ prezidenti dünyanın iki nəhəng dövlətinin liderləri arasında açıq və səmimi fikir mübadiləsinin vacibliyini xüsusi qeyd edib: “Biz həmişə düzgün və açıq ünsiyyətin tərəfdarı olmuşuq. Qarşımızdakı insan fərqli düşündüyü üçün heç vaxt dialoqu dayandırmamışıq. Çünki bizim istər bütövlükdə dünya, istərsə də onun sakinləri qarşısında ciddi məsuliyyət yükümüz mövcuddur”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər