Vuçiç: “Rusiya qazına hələ çox ehtiyacımız olacaq”
Tarix: 17-11-2021 11:41 | Bölmə: Dünya
Vuçiç: “Rusiya qazına hələ çox ehtiyacımız olacaq”

Serbiya lideri Moskvaya səfəri zamanı Rusiyadan illik qaz nəqlini artırmağı xahiş etməyə hazırlaşır.

Bu barədə “TV Happy” telekanalının efirində danışan ölkənin prezidenti Aleksandr Vuçiç rəsmi Moskvadan 10 il müddətinə 3 milyard kubmetr qazın idxalı barədə yeni müqavilə imzalamağı planlaşdırdığını açıqlayıb.

Serbiya lideri həmçinin bildirib ki, onun noyabrın 24-nə Moskvaya rəsmi səfəri planlaşdırılıb və noyabrın 25-də prezident Vladimir Putinlə təkbətək görüşü olacaq. Həmin görüşdə tərəflərin alınacaq qazın həcminin, qiymətinin və yeni müqavilənin müddətinin müzakirə olnacağını qeyd edən cənab Vuçiç hazırda Serbiyanın Rusiyadan 1000 kubmetri 270 dollara qaz aldığını da vurğulayıb. Amma həmin razılaşmanın müddəti cari ilin sonunda başa çatır.

“Unutmamalıyıq ki, Rusiya ilə uzunmüddətli sazişdə göstəriləndən savayı, biz elektrik enerjisinin istehsalına kömək etməkdən ötrü hər gün bazarda 3-4 milyon kubmetr təbii qaz almağa məcburuq”,- Vuçiç qeyd edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər