Avropa Şurasının Baş katibi Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı bəyanat yayıb
Tarix: 17-11-2021 15:37 | Bölmə: Dünya
Avropa Şurasının Baş katibi Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı bəyanat yayıb

Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç Azərbaycan - Ermənistan sərhədindəki gərginliklə bağlı bəyanat yayıb.

Bu barədə Avropa Şurasının mətbuat xidməti məlumat yayıb.

Sərhəddə baş verən və hər iki tərəfdən itkilərlə nəticələnən insidentdən narahatlığını ifadə edən Avropa Şurasının Baş katibi atəşkəs xəbərini alqışladığını bildirib və hər iki tərəfi atəşkəsi qorumağa çağırıb.

"Biz etimad yaratmaq və barışığa kömək etmək məqsədilə bu iki üzv dövlət arasında dialoqun təşkilinə kömək etməyə hazırıq”, - deyə Mariya Peyçinoviç Buriç vurğulayıb/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər