Daha bir ölkədə komendant saatı tətbiq olunub
Tarix: 18-11-2021 09:55 | Bölmə: Dünya
Daha bir ölkədə komendant saatı tətbiq olunub

Avropanın ən çox peyvənd olunmuş ölkəsi komendant saatını tətbiq edir.

CNN-nin məlumatına görə, COVİD-19-a yoluxma tempinin çoxalması səbəbindən İrlandiya bu gündən etibarən yeni karantin məhdudiyyətlərinə gedir. Ölkənin restoranları, barları, gecə klubları komendant saatı çərçivəsində fəaliyyət göstərəcək.

Məlumatda həmçinin bildirilir ki, teatrlara və kinoteatrlara üz tutan irlandlar məcburi qaydada peyvəndlənmə sertifikatını təqdim etməlidirlər. Rəsmi statistikaya əsasən, İrlandiyada, uşaqlar da daxil olmaqla, əhalinin peyvəndlənmə səviyyəsi 89,1 faizə çatıb. Yəni, ölkə bu göstəricisinə görə Avropanın bütün dövlətləri arasında lider mövqeyə malikdir.

İrlandiyanın Baş naziri Mişel Martin ölkə iqtisadiyyatının açıq və təminatlı qalmasından ötrü vətəndaşları “kollektiv səylərə” çağırıb və bu zaman diqqəti Avropanın hər tərəfini bürümüş acınacaqlı vəziyyətə yönəldib: “Bizim ölkəmizdə də virusa yoluxma halları artmaqdadır və hökumət yeni məhdudiyyətlərə getməyə məcburdur”.

Baş nazir onu vurğulayıb ki, İrlandiya hökuməti yaşı 50-dən yuxarı və müəyyən xəstəlikləri olan vətəndaşlara peyvəndin üçüncü dozasını vurdurmağı təklif etməyi planlaşdırır.

Az əvvəl məlum olub ki, Avropa qitəsi üzrə COVİD-19-a yoluxma sayında antirekord qeydə alınıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər