Əfqanıstana 100 ton yardım aparan təyyarələr 900 tələbəni Rusiyaya gətirəcək
Tarix: 18-11-2021 10:55 | Bölmə: Dünya
Əfqanıstana 100 ton yardım aparan təyyarələr 900 tələbəni Rusiyaya gətirəcək

Rusiya Müdafiə Nazirliyinin xüsusi təyyarəsi bu gün Kabula ilk humanitar yardımı çatdıracaq.

TASS-ın yaydığı məlumatda qeyd olunur ki, bu gün Moskvadan Əfqanıstanın paytaxtına xüsusi reyslə 36 ton humanitar yardım aparılacaq. Rusiyanın humanitar yardım yükü dava-dərman, ilkin tibbi yardım ləvazimatlarından ibarətdir. Bu barədə “İzvestiya” qəzetinin saytına müsahibəsində danışan Rusiya Federasiyasının Kabuldakı səfiri Dmitriy Jirnov məlumat verib.

Humanitar yardımın Rusiya Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil edildiyini nəzərə çatdıran səfir yaxın günlərdə hərbi-nəqliyyat təyyarələrinin humanitar yardımın daha iki partiyasını Əfqanıstana çatdıracağını bildirib: “Ümumilikdə, humanitar yardımın həcmi 100 tondan yuxarıdır”.

Cənab Jirnov müsahibəsində onu da qeyd edib ki, geriyə dönüş reysi ilə təyyarələr Əfqanıstandan Rusiya vətəndaşlarını daşıyacaq. Diplomatın sözlərinə görə, ölkədən çıxış reyslərinə 900-ə yaxın əfqan gənc də yazılıb: “Onlar Rusiyanın müxtəlif ali məktəblərində əyani təhsil alacaq tələbələrdir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər