Polşa-Belarus sərhəddində xeyli sayda miqrant saxlanılıb
Tarix: 18-11-2021 14:01 | Bölmə: Dünya
Polşa-Belarus sərhəddində xeyli sayda miqrant saxlanılıb

Belarusdan ötən gecə Polşaya keçmək istəyən 100-ə yaxın qanunsuz miqrant saxlanılıb.

“İnterfax” xəbər verir ki, Polşa Müdafiə Nazirliyinin məlumatına görə, bunu təşkil edənlər Belarus xüsusi təyinatlılarının sərhəd qurğularına ziyan vurub və miqrantları sərhədçilərə daş atmağa təhrik ediblər.

Bütövlükdə, bu ildə Belarus tərəfindən ölkə ərazisinə 32 mindən çox giriş cəhdi edilib, 2 mindən çox miqrantın sərhədboyu düşərgələrdə yerləşdirilib/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}