Ərdoğanla İsrail prezidenti telefonda müzakirə aparıblar
Tarix: 18-11-2021 15:44 | Bölmə: Dünya
Ərdoğanla İsrail prezidenti telefonda müzakirə aparıblar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İsrail Prezidenti İshak Hersok arasında telefon danışığı olub.

“Habetürk” xəbər verir ki, dövlət başçıları ikitərəfli əlaqələri müzakirə ediblər.

Həmçinin İsrail Prezidenti Türkiyədə R.T.Ərdoğanın iqamətgahının fotolarını çəkməkdə ittiham olunan israilli cütlüyün azadlığa buraxılmasında vacib rol oynadığına görə türkiyəli həmkarına təşəkkür edib.

R.T.Ərdoğan isə İsraillə əlaqələrə əhəmiyyət verdiyini vurğulayıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}