Sərhədə qruplarla hücumlar edilir
Tarix: 19-11-2021 12:05 | Bölmə: Dünya
Sərhədə qruplarla hücumlar edilir

Polşa tərəfinin yaydığı bəyanata görə, Belarusla sərhəd boyu ərazidə yerləşmiş mühacirlər sərhədi keçməkdən ötrü yeni cəhdlərə baş vurublar.

Reyting.az
-ın Rusiya informasiya portallarına istinadla verdiyi xəbərə görə, gecə saatlarında yaranmış insidentlə bağlı Polşanın Milli müdafiə naziri Mariuş Blaşak “Polsat” telekanalında çıxış edib:

“Ötən gecə də əvvəlkilər kimi gərgin keçib. Mühacirlər bir neçə dəfə sərhədə hücumları davam etdiriblər”.



Nazirin sözlərinə görə, qeyri-leqal mühacirlər artıq böyük qruplarla sərhədə basqın etmirlər, indi taktikanı dəyişiblər: “Onlar kiçik qruplar halında sərhədin müxtəlif yerlərindən hücuma keçirlər. Həmin qruplarda 10, maksimum 20 qaçqın cəmləşir”.

Bu arada Belarus Səhiyyə Nazirliyinin yaydığı məlumatda deyilir ki, son sutka ərzində Polşa ilə sərhəddə yerləşmiş mühacirlərdən 11 nəfəri həkimlərdən kömək istəyib. Onların hamısına yerində tibbi yardım göstərilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər