Britaniya HƏMAS-ı terror təşkilatı kimi tanıyacaq
Tarix: 19-11-2021 13:41 | Bölmə: Dünya
Britaniya HƏMAS-ı terror təşkilatı kimi tanıyacaq

Böyük Britaniya HƏMAS hərəkatını terrorçu təşkilat kimi tanımaq niyyətindədir.

“The Daily Telegraph” xəbər verir ki, həmin təşkilata hansısa şəkildə dəstək verənlər 10 ilədək həbs cəzasına məhkum olunacaqlar.

Daxili işlər naziri Priti Patel tərəfindən bu gün məsələyə dair açıqlama veriləcəyi gözlənilir.

Xatırladaq ki, Fələstində fəaliyyət göstərən HƏMAS (İslam Müqavimət Hərəkatı) indiyədək Avropa İttifaqı, ABŞ, Kanada, Yaponiya, İsrail tərəfindən terrorçu təşkilat kimi tanınıb/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər