ATƏT sədri və Rusiyanın XİN başçısı Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edib
Tarix: 19-11-2021 15:00 | Bölmə: Dünya
ATƏT sədri və Rusiyanın XİN başçısı Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edib

Rusiya xarici işlər naziri Sergey Lavrovla ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde arasında telefon danışığı olub.

“Sputnik Armenia” xəbər verir ki, A.Linde Azərbaycanla Ermənistan arasında gərginləşən münasibətlərin həlli istiqamətində Rusiyanın rolunu vurğulayıb.

“Biz Rusiyanın sabitliyə nail olmaq səylərini alqışlayırıq”, - o bildirib.

ATƏT sədri və Rusiyanın XİN başçısı Azərbaycan-Ermənistan münasibətlərinin həll olunması istiqamətində birlikdə işləmək lazım olduğu barədə fikir mübadiləsi aparıblar/Report




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər