Saakaşvili hərbi hospitala köçürülməsinə razılıq verib - Yenilənib
Tarix: 19-11-2021 19:34 | Bölmə: Dünya
Saakaşvili hərbi hospitala köçürülməsinə razılıq verib

Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili Tbilisidəki Qldani həbsxanasının klinikasından Qori şəhərindəki hərbi hospitala köçürülməsinə etiraz etmir.

Bu barədə Vahid Milli Hərəkat Partiyasının nümayəndəsi Eka Xerxeulidze jurnalistlərə açıqlamasında bildirib.

Gürcüstanın səhiyyə naziri Ekaterine Tikaradze Qori hospitalına baş çəkib və tibbi müəssisədə mövcud vəziyyətlə tanış olub. O, xəstəxananın M.Saakaşvilinin müalicəsi üçün zəruri maddi-texniki baza ilə təchiz olunduğunu deyib.

Ölkə prezidenti Salome Zurabişvili öz növbəsində bəyanatla çıxış edərək sabiq dövlət başçısının Qori hospitalına köçürülməsi ilə bağlı planı alqışlayıb. Onun sözlərinə görə, klinika həm tibbi, həm də təhlükəsizlik baxımından bütün standartlara cavab verir.

Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. Rustavidəki 12 saylı həbsxanaya yerləşdirilmiş siyasətçi noyabrın 8-də Tbilisidəki Qldani türməsinin müalicə müəssisəsinə yerləşdirilib. Artıq 50 gündür aclıq aksiyası keçirən keçmiş prezidentin ötən gün vəziyyəti pisləşib.

***

Gürcüstanda həbsdə olan sabiq prezident Mixeil Saakaşvilinin Müdafiə Nazirliyinin Giorgi Abramişvili adına hərbi hospitalına köçürülməsi təklif olunub.

Bu təkliflə Gürcüstanın ədliyyə naziri Rati Breqadze keçirdiyi brifinqdə çıxış edib.

Onun sözlərinə görə, hərbi tibbi müəssisədə M.Saakaşvilinin sağlamlığı və təhlükəsizliyi dövlət tərəfindən qorunacaq: “Bu qərarla biz yalnız onun deyil, aclıq keçirən digər şəxslərin də həyat və sağlamlıqlarını qoruyuruq”/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər