Andlıların qərarından Bayden də narazı qalıb - Fotolar
Tarix: 20-11-2021 14:45 | Bölmə: Dünya
Andlıların qərarından Bayden də narazı qalıb

Amerikanın Viskonsin ştatının andlılar məhkəməsi iki nəfəri öldürən və birini yaralayan qatil barədə bəraət hökmü verib.

“Российская Газета”nın yaydığı xəbərə görə, bir il bundan əvvəl ABŞ-ın Viskonsin ştatının Kenoşa şəhərində baş vermiş silahlı atışmada iki nəfəri qətlə yetirən və bir nəfəri yaralayan 17 yaşlı Kayl Rittenxaus barədə andlılar məhkəməsi bəraət hökmü verib. Barəsində ittiham hökmü çıxarılacağı təqdirdə, yeniyetməni ömürlük həbs cəzası gözləyirdi. Fəqət onun vəkilləri andlıları inandırmağı bacarıb ki, gənc oğlan avtomatik AR-15 tüfəngindən məhz özünümüdafiə məqsədilə istifadə edib.

Bəraət hökmündən hiddətlənən amerikalılara müraciət edən ABŞ prezidenti Co Bayden onları qarışıqlığa və qanunsuzluğa yol verməməyə çağırıb: “Mən sizin hər birinizi öz fikirlərinizi dinc yolla və qanuna müvafiq şəkildə ifadə etməyə çağırıram”.



Andlıların hökmünü şərh edən prezident özünün də məhkəmənin bu qərarından razı qalmadığını etiraf edib, amma onu da xüsusi olaraq vurğulayıb ki, bu qərara hörmət etmək lazımdır.

Prezident onun administrasiyasının Viskonsin ştatının hakimiyyət qurumları ilə daim əlaqədə olduğunu və zərurət yarandığı təqdirdə istənilən köməyin göstəriləcəyini bildirib: “Əgər iğtişaşlar baş verərsə, ştatın rəbərliyi hüquq-mühafizə orqanlarına kömək üçün Milli Qvardiyanın döyüşçülərini də səfərbər edəcək”.



Xatırladaq ki, Rittenxaus üzərində bir il davam edən məhkəmə prosesi son dövrlər ABŞ tarixində ən səs-küylü işlərdən biri sayılır. Məhkəmə prosesini mərkəzi telekanallar canı yayınlayıblar. Andlılar heyəti hökmü, ümumilikdə, 24 saatdan çox müzakirə etməli olublar.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər