Radayev Krımla bağlı mövqeyini təsdiqləyib
Tarix: 21-11-2021 10:00 | Bölmə: Dünya
Radayev Krımla bağlı mövqeyini təsdiqləyib

Bolqarıstanın hazırki prezidenti Rumen Radayev Krım yarımadasının Rusiyaya məxsus olduğunu bir daha bəyan edib.

Страна.ua-nun Bolqarıstan KİV-lərinə istinadla verdiyi məlumata görə, prezidentliyə təkrar namizədliyini irəli sürmüş Rumen Radayev yarımada ilə bağlı bir gün əvvəl söylədiyi fikirlərinə aydınlıq gətirmək müraciətlərinə cavab olaraq bildirib ki, Krımın ilhaqı hüquq pozuntusudur, amma hər halda bu ərazi Rusiyaya məxsusdur: “Dramatikləşdirməyə ehtiyac yoxdur, məsələ tamamilə aydındır. Bəli, yarımadanın işğalı beynəlxalq hüquqa ziddir, amma dünən axşam bəyan etdiyim kimi, siyasətdə reallıq deyilən bir anlayış var və hazırda Krım Rusiyanın ərazisidir”.

Cənab Radayev onunla yanaşı ikinci tura qalmış, ölkənin birinci postuna iddia edən oppenenti Anastas Gerdjikovla seçki debatlarının gedişində Krımı Rusiya torpağı adlandırıb və onu da vurğulayıb ki, Avropa Birliyinin antirusiya sanksiyalarının heç bir effekti olmayacaq.

Ukraynalı politoloq Mixail Poqrebinskiy mövzu ilə bağlı “ВЗГЛЯД” qəzetinə açıqlamasında bildirib ki, Radayev bu xarkterli bəyanatları ilə seçkinin həlledici turu ərəfəsində əlavə səs qazanmağa çalışır. Məsələ ilə əlaqədar Bolqarıstanın Kiyevdəki səfiri Ukrayna Xarici İşlər Nazirliyinə dəvət edilib.

“Rəsmi Kiyev Bolqarıstan prezidenti Rumen Radayevin fikirlərinin yolverilməz və kobud olması barədə bizim dövlətimizin mövqeyini səfirin diqqətinə çatdırıb”, - Ukraynanın xarici siyasət idarəsindən bildiriblər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər