Vilnüsdə COVID-19 peyvəndinə qarşı mitinq keçirilib
Tarix: 21-11-2021 10:05 | Bölmə: Dünya
Vilnüsdə COVID-19 peyvəndinə qarşı mitinq keçirilib

Litva paytaxtının mərkəzində mindən artıq insan koronavirus peyvəndinə qarşı öz etirazlarını bildirib.

Reyting.az
“DELFI” agentliyinə istinadla xəbər verir ki, əvvəlcə kafedral meydanda toplaşan etirazçılar sonradan hökumətin və Seymin binalarına doğru yürüşə başlayıblar. Polisin hesablamasına görə, “Hakimiyyət yalnız xalqa xidmət etməlidir!” şüarını səsləndirən yürüşçülərin sayı iki min nəfərə çatıb.

Məlumatda o da qeyd olunur ki, mitinqin təşkilatçısı Litva parlamentinə keçmiş namizəd xanım Astra Genovayte Astrauskaytedir. O, cari ilin avqustunda Seymin binası önündə qanunsuz etiraz aksiyası təşkil etdiyinə görə 370 avro cərimə edilmiş və gələn ilin iyununa qədər kütləvi tədbirlərdə iştirakına qadağa qoyulmuşdur. Həmin vaxt mitinqdə 500 nəfərin iştirakına icazə verilmişdi.

Avqustun 9-da iki minə yaxın etirazçı koronavirusa qarşı immuniteti olmayan insanlara münasibətdə hökumətin planladığı məhdudiyyətlərə öz narazılığını bildirmişdi. Vilnüs rəsmilərinin mitinq üçün ayırdığı vaxt başa çatdıqdan sonra iştirakçıların bir qismi dağılışmaqdan imtina etmiş, qarışıqlıq salmış və etirazçıları sakitləşdirməkdən ötrü gözyaşardıcı qazdan istifadə olunmuşdu.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər