Tatarıstanda ictimai nəqliyyatdan istifadəyə məhdudiyyət qoyulub
Tarix: 22-11-2021 14:25 | Bölmə: Dünya
Tatarıstanda ictimai nəqliyyatdan istifadəyə məhdudiyyət qoyulub

Koronavirusdan peyvənd sertifikatı olmayanlar ictimai nəqliyyata buraxılmayacaq.

Reyting.az xəbər verir ki, bu gündən etibarən Tatarıstan Respublikasında COVİD-19-dan peyvənd olunmanı təsdiqləyən QR kodu olmayan vətəndaşlar ictimai nəqliyyatdan istifadə edə bilməyəcək. Hökumətin bununla bağlı qərarı şəhər, şəhərətrafı və bələdiyyələrarası nəqliyyata, o cümlədən Kazan metropoliteninə addir. QR-kodu nəqliyyata bilet satışı zamanı yoxlanılacaq.

Respublikanın Nəqliyyat nazirinin müavini Andrey Yeqorovun sözlərinə görə, peyvənd sertifikatı olmayan sərnişin nəqliyyat vasitəsini tərk etməli olacaq.

Xatırladaq ki, bu günlərdə Rusiya hökuməti dəmir yolu, hava nəqliyyatı, eləcə də bir sıra ictimai yerlər üçün OR kodunun tələb olunması barədə qanun layihəsini Dövlət Dumasına təqdim edib.





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər