14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Səfir: "Əfqanıstandakı missiya ilə bağlı göstərilən dəstəyə görə Azərbaycana minnətdarıq"
Tarix: 22-11-2021 15:48 | Bölmə: Dünya
Səfir: "Əfqanıstandakı missiya ilə bağlı göstərilən dəstəyə görə Azərbaycana minnətdarıq"

"Birləşmiş Ştatlar Əfqanıstandakı missiya ilə bağlı göstərilən dəstəyə görə Azərbaycana minnətdardır".

Bunu ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberger bildirib.

Səfir iki ölkə arasında təhlükəsizliklə bağlı uzun müddətdir səmərəli əməkdaşlığın bərqərar olduğunu qeyd edib.

“Əfqanıstanda əvvəldən axıradək göstərilən dəstəyə görə Azərbaycana sonsuz təşəkkür edirəm. Ölkəniz Əfqanıstanı ən axırda tərk edib, hava limanında da kömək edib” – deyə diplomat vurğulayıb.

Xatırladaq ki, Kabil Beynəlxalq Hava Limanında fəaliyyət göstərən Azərbaycanın 120 nəfərlik sülhməramlı missiyası bu ilin 26 avqust tarixində vətənə qayıdıb/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}