Amerikadan Ukrayna ilə bağlı açıqlama: "Rusiyanın addımları regionda gərginliyi artırır"
Tarix: 22-11-2021 16:49 | Bölmə: Dünya
Amerikadan Ukrayna ilə bağlı açıqlama: "Rusiyanın addımları regionda gərginliyi artırır"

“Əgər Rusiya səmimiyyət və xoş niyyətini göstərərsə, ABŞ istənilən mövzu barədə Rusiya ilə konstruktiv müzakirələrə hazırdır. Çox təəssüf ki, biz hər zaman bunu görmürük”.

Bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer deyib.

O bildirib ki, Rusiyanın əhəmiyyətli dərəcədə böyük hərbi qüvvələrini Ukrayna ətrafında toplaması ABŞ-ı narahat edir: “Biz inanırıq ki, bu cür addımlar regionda yalnız gərginliyi artırır və Avropa qitəsində sabitliyə yardım etmir”.

Səfirin sözlərinə görə, ABŞ və Rusiyanın ancaq bir platformada – ATƏT-in Minsk Qrupu çərçivəsində yaxşı əməkdaşlıqları mövcuddur: “Bu yaxınlarda həmin format çərçivəsində biz Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin iki dəfə görüşünü təşkil etdik. Bu format səmərəli olduğu müddətcə, biz burada əməkdaşlıq edəcəyik. Təbii ki, biz bu ölkələrin liderlərini və rəsmilərini bir araya gətirən digər formatları da dəstəkləyirik”/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər