Moskvada mühacirlərlə yerlilər arasında dava düşüb
Tarix: 23-11-2021 12:08 | Bölmə: Dünya
Moskvada mühacirlərlə yerlilər arasında dava düşüb

Rusiya paytaxtının cənub-şərqində, Lyublinskaya küçəsində baş vermiş davada bir nəfər həlak olub.

“MK”nın elektron versiyasının yaydığı xəbərdə deyilir ki, münasibətləri aydınlaşdırmanın qurbanları mühacirlərdir.

Qarşıdurma bu gün yerli vaxtla saat 4:30-da qəlyanaltının yaxınlığında başlayıb. Davada xəsarət alanlardan biri 35 yaşlı Tacikistan vətəndaşı İmomjon Kuqanovun olduğu deyilir. O, çiynindən və kürəyindən bıçaq yaraları ilə xəstəxanaya yerləşdirilib. Həyatını itirən kişinin şəxsiyyəti dəqiqləşdirilir.

Yeri gəlmişkən, xatırladaq ki, noyabrın 15-də Moskva metrosunda da yerlilərlə gəlmələr arasında dava düşmüşdü. Dava içkili vəziyyətdə olan paytaxtın qonaqlarına rus qadının etirazını bildirməsindən sonra başlamışdı. Cavabında qadını təhqir edənləri digər sərnişinlər vaqondan stansiyaya çıxarıb əzişdirmişdilər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}