Rəsmi Tbilisidən Rusiya birbaşa dialoq çağırışı: "Bu, görüş xətrinə görüş olmamalıdır"
Tarix: 23-11-2021 23:37 | Bölmə: Dünya
Rəsmi Tbilisidən Rusiya birbaşa dialoq çağırışı: "Bu, görüş xətrinə görüş olmamalıdır"

“Rusiya Gürcüstanın suverenliyinə hörmət etmir və ərazilərimizin işğalını davam etdirir. Bu, bizim münasibətlərimizdə əsas maneədir”.

Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Birinci kanalın efirində yayımlanan “Müstəqil baxış” proqramına müsahibəsində deyib.

O, Gürcüstanın Rusiya ilə siyasi məsələlər üzrə birbaşa əlaqələrin olmadığını bildirib: “Ölkələr arasında yeganə təmas Abaşidze-Karasin formatı çərçivəsindədir. Bu format yalnız ticari-iqtisadi və mədəni münasibətləri əhatə edir”.

İ.Qaribaşvilinin sözlərinə görə, Rusiya ilə birbaşa dialoq böyük səylər tələb edir: “Bu cür təmaslar nəticəyə hədəflənməlidir, görüş xətrinə görüş olmamalıdır. Hər hansı bir təmas və ya görüşün təşkili üçün yaxşı hazırlıq tələb olunur”.

Baş nazir bildirib ki, hər bir normal dövlət öz milli maraqlarına uyğun hərəkət edir və etməlidir: “Bizim əlbəttə ki, digər ölkələr, qonşularımız kimi öz maraqlarımız var. Buna görə də hesab edirəm ki, bu cür görüşlər üçün yaxşı hazırlıq lazımdır”/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər