Yeni baş katib Türkiyəyə gəlir
Tarix: 24-11-2021 08:12 | Bölmə: Dünya
Yeni baş katib Türkiyəyə gəlir

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Hisseyn Brahim Taha 24-25 noyabr tarixlərində Türkiyəyə səfər edəcək.

Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib ki, o, İƏT-in İstanbulda keçiriləcək İqtisadi və Kommersiya Daimi Komitəsinin 37-ci Nazirlər Sessiyasında iştirak edəcək.

Qeyd edək ki, ötən il İƏT-in baş katibi seçilən H.B.Taha vəzifəsinin icrasına 17 noyabr 2021-ci ildə başlayıb və baş katib olaraq ilk xarici səfərini Türkiyəyə edir.(APA)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər