Polşa mühacir böhranına görə hərtərəfli qınağa tuş gəlib
Tarix: 24-11-2021 11:45 | Bölmə: Dünya
Polşa mühacir böhranına görə hərtərəfli qınağa tuş gəlib

“Human Rights Watch” rəsmi Varşavanı sərhəddəki mühacirlərə qarşı zor tətbiqinə son qoymağa çağırıb.

“Reuters” agentliyinin yaydığı xəbərə görə, dünyaca məşhur hüquq-müdafiə təşkilatı “Human Rights Watch” (HRW) Polşanı mühacirlərin kollektiv deportasiyasına son qoymağa səsləyib.

Təşkilatın bəyanatında o da qeyd olunur ki, həm Polşa, həm də Belarus sərhəddə baş verənlərə görə eyni səviyyədə məsuliyyət daşıyırlar: “Rəsmi Varşava sadələşdirilmiş sxem üzrə Belarusa qaytarılan və kollektiv deportasiya edilən mühacirlərə qarşı təzyiqlərə təcili son qoymalıdır. Bundan başqa, mənzil-qərargahı ABŞ-da yerləşən “Human Rights Watch” təşkilatı Polşa hakimiyyətini mühacirlərə qarşı zor tətbiqini dayandırmağa, bu cür halları araşdırmağa, fövqəladə rejimi ləğv etməyə, eləcə də asiyalı qaçqınlara sığınacaq almaq üçün ərizə vermək imkanı yaratmağa çağırıb”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər