Gürcüstanda restoranların fəaliyyətinə məhdudiyyət götürülür
Tarix: 24-11-2021 14:09 | Bölmə: Dünya
Gürcüstanda restoranların fəaliyyətinə məhdudiyyət götürülür

Gürcüstanda pandemiya səbəbindən restoranların fəaliyyətinə tətbiq olunan məhdudiyyət dekabrın 1-dən ləğv olunacaq.

Bu barədə Gürcüstanın Dövlət Qurumlarıarası Koordinasiya Şurasının nəzdindəki Operativ Qərargahın rəhbəri Giorgi Qibradze məlumat yayıb.

Onun sözlərinə görə, restoranlar COVID-19 pasportlarına sahib olan şəxsləri saat məhdudiyyəti olmadan qəbul edə biləcək.

Qeyd edək ki, hazırda restoranlar saat 23:00-a qədər müştərilərə xidmət göstərə bilir/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər