Jirinovski: “Antipeyvəndçilər efirdən uzaqlaşdırılsın!”
Tarix: 24-11-2021 16:50 | Bölmə: Dünya
Jirinovski: “Antipeyvəndçilər efirdən uzaqlaşdırılsın!”

Rusiya Liberal Demokrat Partiyasının lideri peyvəndə qarşı çıxan partiyaları ittiham edib.

Reyting.az
rambler.ru-ya istinadla xəbər verir ki, Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski həkimlərin “antipeyvəndçilərə” ünvanladığı məktuba toxunaraq, bu tip insanları telekanalların efirindən yığışdırmağı təklif edib. O, həmçinin bu zərərli baxışları dəstəkləyən partiyaların qeydiyatının ləğvini istəyib: “Əgər hökumətin yerində olsaydım, ciddi tədbirlər görərdim. Peyvəndlənməyə qarşı çıxan, yəni dövlətə qarşı fəaliyyət göstərən partiyaların qeydiyyatını ləğv edərdim. Onlar vətəndaşları infeksiyadan xilas etməyə çalışmır, əksinə, insanları qəbiristanlığa itələyirlər. Axı, artıq 460 min vətəndaşımız məhz COVİD-dən ölüb! Təsəvvür edin ki, Lipetsk, Vladimir, Tula, Kursk kimi şəhərlərimizin bütöv bir rayonu məhv olub. Buna görə deyirəm ki, “antipeyvəndçiləri” efirdən kənarlaşdırmaq lazımdır, qoy gedib öz nağıllarını evlərində, mətbəxdə danışsınlar”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər