18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
ABŞ növbəti hərbi gəmisini Qara dənizə göndərib
Tarix: 25-11-2021 16:37 | Bölmə: Dünya
ABŞ növbəti hərbi gəmisini Qara dənizə göndərib

Amerikanın NATO üzrə müttəfiqləri ilə birgə əməliyyatlarda iştirak etmək üçün reketdaşıyan esminesi Qara dənizə yola düşüb.

Lenta.ru-nun yaydığı xəbərə görə, ABŞ-ın “Arleigh Burke (DDG-51)” esminesi Qara dənizin şimal istiqamətində əməliyyat zonasına daxil olmağa başlayıb. Amerikanın Altıncı donanmasının komandanlığı özünün “Twitter” səhifəsində yerləşdirdiyi informasiyada deyilir ki, növbəti hərbi gəmi NATO müttəfiqləri və tərəfdaşları ilə birgə bölgədə keçirilən əməliyyatlara qatılacaq.

On gün bundan əvvəl isə məlum olmuşdu ki, ABŞ HDS Altıncı donanmasının flaqman gəmisi “Mount Whitney” təlimlərdən sonra Qara dənizi tərk edib.

Pentaqonda onu da qeyd ediblər ki, Şimalı Atlantika Alyansının birləşmiş qüvvələrinin bu cür hərbi-dəniz təlimləri mümkün hərbi təhlükəyə qarşı inteqrasiya sistemini təkmilləşdirməyə xidmət edir.

Oxucularımızın nəzərinə onu da çatdıraq ki, noyabrın 12-dən 15-dək Qara dənizin beynəlxalq sularında ABŞ, Türkiyə, Rumıniya və Ukrayna Hərbi Dəniz Qüvvələrinin yeddi hərbi gəmisi təlimlərdə iştirak ediblər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}