Kiyev hərbi vəziyyətin şərtlərini açıqlayıb
Tarix: 26-11-2021 11:43 | Bölmə: Dünya
Kiyev hərbi vəziyyətin şərtlərini açıqlayıb

Zelenskinin iqtidar partiyası ölkə ərazisində hərbi vəziyyətin hansı hallarda tətbiq olunacağını izah edib.

“Ukrayna 24” telekanalının yaydığı məlumatda qeyd edilir ki, Ukrayna prezidenti Vladimir Zelenskinin lideri olduğu “Xalqın xidmətçiləri” partiyasındakı tərəfdarı Oleq Seminskiy ölkə ərazisində hərbi vəziyyətin tətbiqi ehtimalı barədə açıqlama ilə çıxış edib: “Bəli, bu barədə danışıqlar gedir, müzakirələr aparılır. Radanın vitse-spikeri Aleksandr Korniyenko deyib ki, hərbi vəziyyət Rusiya Federasiyasının Ukrayna ərazisinə tammiqyaslı müdaxiləsi zamanı istisna hal kimi tətbiq edilə bilər”. O, vətəndaşları təşvişə düşməməyə, “real baş verə biləcək hər şeyə hazır olmağa” çağırıb. “Əgər belə bir hadisə baş verərsə, biz bir dövlət olaraq axıra kimi mübarizə aparmalıyıq. Bir daha qeyd etmək istəyirəm ki, respublikada hərbi vəziyyət xüsusi rejimi yalnız tammiqyaslı hərbi basqın vəziyyəti yarandığı təqdirdə tətbiq edilə bilər”, - deputat sözünü tamamlayıb.

Oxucularımıza xatırladaq ki, Reyting.az Ukrayna Radikal Partiyasının lideri, Radanın keçmiş deputatı Oleq Lyaşkonun dekabrın 1-dən ölkədə iki aylığına hərbi vəziyyətin tətbiq olunacağı barədə açıqlamasını vermişdi.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər