Ağ Ev Rusiya və Çini “oyundankənar” hesab edib
Tarix: 26-11-2021 19:06 | Bölmə: Dünya
Ağ Ev Rusiya və Çini “oyundankənar” hesab edib

Vaşinqtonun təşkil etdiyi nüfuzlu beynəlxalq tədbirə Rusiya və Çin nümayişkaranə şəkildə dəvət olunmayıblar.

Rambler.ru-nun məlumatına görə, demokratiya sammiti adlandlırılan bu beynəlxalq tədbirdə Türkiyə və Macarıstan da arzuolunmaz qonaq kimi kənarda qalıblar.

ABŞ Dövlət Departamentinin dərc etdiyi qonaqların siyahısında dünyanın 110 ölkəsinin və ərazi vahidinin adı var. Bununla bağlı departamentin verdiyi izahda deyilir:

“Sammit öz işini demokratiya qarşısında duran müasir çağırışlar və imkanlar üzərində quracaq. Eləcə də dövlət liderlərinə həm öz evlərində, həm də xaricdə demokratiyanın və insan haqlarının müdafiəsi istiqamətində birtərəfli və çoxtərəfli öhdəlikləri, islahatları və təşəbbüsləri anonslamaq üçün azad meydan təqdim edəcək”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər