Yaponiya düşmənin bazalarına zərbə endirə bilər
Tarix: 27-11-2021 12:18 | Bölmə: Dünya
Yaponiya düşmənin bazalarına zərbə endirə bilər

Gündoğan ölkənin yeni Baş naziri təhlükəsizlik və müdafiə tədbirləri kimi düşmənin hərbi bazalarına zərbələrin endirilə biləcəyini mümkün sayıb.

Reyting.az
TASS-a istinadla xəbər verir ki, bu barədə ölkənin quru qoşunlarının Asaka hərbi düşərgəsində əsgər və zabitlər qarşısında çıxış edərkən hökumətin başçısı Fumio Kisida bəyan edib. O, dövlətin müdafiə qabiliyyətini gücləndirmək üçün zəruri sayılan bütün variantları gözdən keçirəcəklərini vurğulayıb.

Bundan başqa, çıxışında Koreya Xalq Demokratik Respublikası mözusuna toxunan Baş nazir Pxenyanın səsdən iti silahları daxil olmaqla, raket texnologiyasını durmadan inkişaf etdirməsini nəzərdən qaçırmadıqlarını xüsusi qeyd edib. Son vaxtlar Çinin özünün hərbi potensialını zəruri şəffaflığı gözləmədən gücləndirməklə məşğul olduğunu söyləyən cənab Kisida Yaponiyanın ərazi bütövlüyünü, ərazi sularını, hava məkanını, eləcə də vətəndaşların həyatını qorumaqdan ötrü tələb olunan hər şeyi edəcəklərinə söz verib.

Xatırladaq ki, bir qədər əvvəl Yaponiyanın yeni Xarici işlər naziri Yoşimasa Xayasi ölkəsinin sərhədləri yaxınlığında Rusiyanın və Çinin hərbi fəalıqlarını artırmalarından ciddi narahatlıq keçirdiklərini bildirmişdi. O, bu məsələni, eləcə də, Moskva və Pekinin birgə hərbi təlimlərinin gedişində bu dövlətlərin hərbi aviasiyasının Yapon və Şərqi-Çin dənizlərinin akvatoriyası üzərində patrul uçuşları etdiyi barədə rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığında müzakirə etdiklərini deyib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər