Ukrayna böhranı Lavrovla Blinken arasında qızğın mübahisəyə səbəb olub
Tarix: 05-12-2021 10:20 | Bölmə: Dünya
Ukrayna böhranı Lavrovla Blinken arasında qızğın mübahisəyə səbəb olub

Ukraynadakı vəziyyət Rusiyanın Xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Entoni Blinken arasında qızğın mübahisəyə səbəb olub.

Reyting.az
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Bildirilir ki, mübahisə dekabrın 1-də Stokholmda ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasından əvvəl təşkil olunan şam yeməyində baş verib.

Tədbir zamanı Lavrov söz alaraq 2014-cü ildə Ukraynada baş vermiş hadisələrin dövlət çevrilişi olduğunu iddia edib.

Bundan əlavə, o bildirib ki, NATO və Avropa İttifaqı qəsdən müxalif fikirlərə qarşı çıxır və Rusiyanı qorxutmağa çalışır.

ABŞ dövlət katibi isə cavabında deyib ki, 2014-cü ildə Kiyevdə dinc nümayişçilərin atəşə tutulmasında Viktor Yanukoviçə sadiq olduğu iddia edilən qüvvələrin əli var. O, həmçinin NATO-nun müdafiə ittifaqı olduğunu vurğulayıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər