Moskva Türkiyəyə “S-400”-lərin yeni dəstini verə bilər
Tarix: 09-12-2021 10:12 | Bölmə: Dünya / Xəbərlər
Moskva Türkiyəyə “S-400”-lərin yeni dəstini verə bilər

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, onun ölkəsi Türkiyəyə “S-400” zenit-raket sistemlərinin yeni dəstini satmaq niyyətindədir.

D. Peskov Yunanıstanın “ANT1” telekanalına müsahibəsində bildirib: “Bizim türkiyəli tərəfdaşlarımızla müəyyən anlaşmamız var və yeni əməkdaşlığa ümid edirik. Bəli, biz buna ümid edirik”.

Yunan jurnalistin ABŞ tərəfindən məhdudlaşdırıcı limitin qoyulmasına baxmayaraq, Rusiyanın Türkiyəyə “S-400”-ləri verməkdə marağının nədən ibarət olduğu barədə sualına Peskov ironik cavab verib: “Birləşmiş Ştatlar “sanksiyalarla oyun oynamağı çox xoşlayır”.

Xəbərə onu da əlavə edək ki, ötən ay Rusiyanın hərbi-texnki əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayev bəyan etmişdi ki, Moskva və Ankara beşinci nəsil qırıcı təyyarənin yaradılmasında birgə əməkdaşlıq barədə danışıqları davam etdirir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
9-09-2025, 07:58 Kiyev niyə uduzur?