Ukrayna ordusu Rusiya ilə sərhəddə geniş hərbi təlimə başlayır
Tarix: 08-02-2022 13:55 | Bölmə: Dünya / Xəbərlər
Ukrayna ordusu Rusiya ilə sərhəddə geniş hərbi təlimə başlayır

Ukrayna ordusu Rusiyanın Ukraynanın şimal sərhədinə yaxın Belarus ərazisindəki təlimlərinə cavab olaraq fevralın 10-da hərbi təlimlərə başlayacaq.

“Reuters’ xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov yerli telekanala açıqlamasında deyib.

O bildirib ki, Ukrayna hərbçiləri davamlı olaraq müxtəlif təlimlərdə iştirak edirlər, lakin fevralın 10-dan “Bayraktar” pilotsuz uçuş aparatlarından (PUA) və xarici tərəfdaşların tədarük etdiyi tank əleyhinə “Javelin” və “NLAW” raketlərindən istifadə etməklə təlimlərə başlanılacaq.

Hərbi təlimlərin fevralın 20-dək davam etməsi planlaşdırılır/APA.




Bölməyə aid digər xəbərlər
29-04-2025, 08:21 Kiyevə hücum başlayıb