16:39 / 28-11-2024
Sabah qar yağacaq
Ukrayna ordusuna ballistik raket sistemləri verilir - Fotolar
Tarix: 09-02-2022 17:08 | Bölmə: Dünya / Xəbərlər
Ukrayna ordusuna ballistik raket sistemləri verilir

Rəsmi Moskva ABŞ-ın THAAD sistemlərinin Ukraynaya potensial çatdırılması ilə bağlı açıqlama yayıb. Bu hərəkətin baş verməməsinin vacibliyi vurğulanan açıqlamada “belə axmaqlıqdan çəkinməyin lazım olduğu” bildirilir.

Reyting.az
-ın məlumatına görə, son aylar dünyanın diqqəti Rusiya-Ukrayna sərhədində yaşananlara fokuslaşıb. Hazırda Ukrayna-Rusiya böhranının diplomatik həlli üçün bir çox addımlar atıldığı halda, Rusiya çox sərt xəbərdarlıq edib.

Rusiya Xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, ABŞ-ın THAAD ballistik raket sistemlərinin Ukraynaya çatdırılması böhranın siyasi həlli şansını azaldacaq. Ryabkov əlavə edib ki, Moskva Vaşinqtonu bununla bağlı “axmaqlıqdan” çəkinməyə çağırıb.



Nazir müavini vurğulayıb ki, Kreml ABŞ-ın hərbi təlimlər və deskalasiya ilə bağlı əks təkliflərini ciddi qəbul edir, lakin Rusiya Vaşinqtonun NATO-nun genişlənməməsi ilə bağlı ciddi danışıqlara hazır olub-olmadığını görmək istəyir.

Ryabkov həmçinin qeyd edib ki, təhlükəsizlik zəmanətləri üzrə danışıqlar ABŞ-ın bu məsələni müzakirə etməyə hazır olmasından asılıdır.

Qeyd edək ki, Rusiya və Ukraynanı üz-üzə gətirən böhran Ukraynanın o vaxtkı prezidenti Viktor Yanukoviçin Avropa İttifaqı (Aİ) Assosiasiya sazişini imzalamaması ilə başlayıb. Bu addımdan sonra 2013-cü il noyabrın 21-də ölkədə nümayişlər başlayıb. Yanukoviç 2014-cü ilin fevralında nümayişlər böyüdükdən sonra ölkədən qaçıb və ölkənin şərqindəki Donbas bölgəsindəki Donetsk və Luqansk şəhərlərində rusiyayönlü separatçılar müstəqilliklərini elan ediblər. Bundan sonra separatçılarla Kiyev administrasiyası arasında qarşıdurmalar başlayıb və bölgə 2014-cü il martın 18-də Rusiyaya ilhaq edilib. Rəsmi məlumatlara görə, 2014-cü ildən bəri davam edən münaqişələrdə 13 mindən çox insan həyatını itirib.

Hazırda ABŞ və əsas Qərb ölkələri 2013-2014-cü illərdə buraxdığı səhvi təkrarlamamaq üçün rəsmi Kiyevə modern silahlar verir. Ötən həftə Ukrayna ordusuna “Javelin” sistemləri gətirilib. İndi isə Ukrayna ordusuna THAAD sistemləri çatdırılır. Bütün bunlar Ukrayna sərhədinə 130 minlik ordu yığan Rusiya üçün əlavə problemdir. Avropa analitiklərinin fikrincə, indi Ukrayna cəbhəsi həm də Avropa cəbhəsidir, çünki Ukraynanı nəzarətə götürəcək Putin Rusiyasının Avropaya soxulmayacağına təminat yoxdur.





Bölməyə aid digər xəbərlər
26-11-2024, 21:38 Ordubadda zəlzələ olub

bütün xəbərlər