İmran Xanın partiyası ölkə parlamentini boykot edib
Tarix: 11-04-2022 15:52 | Bölmə: Dünya / Xəbərlər
İmran Xanın partiyası ölkə parlamentini boykot edib

Pakistanın keçmiş Baş naziri İmran Xanın başçılıq etdiyi Təhrik-i İnsaf Partiyası yeni Baş nazir seçikisindən əvvəl parlamentin tərkibindən çıxıb.

Məlumatı “RİA Novosti” yayıb.

“Biz istefa verdiymizi elan edir, bütövlüklə parlamentdən gedirik”, - Baş nazir postuna Təhrik-i İnsaf Partiyasının namizədi, keçmiş xarici işlər naziri Şah Mahmud Qureyşi bildirib.

Məlumata görə, bununla belə Şah Mahmud Qureyşinin adı seçki bülletenində qalıb. Belə şəraitdə müxalifətin namizədi Pakistan Müsəlman Liqasının sədri Şahbaz Şərif Baş nazir postuna yeganə namizəd olacaq.

Qeyd edək ki, Pakistan Milli Assambleyası (parlamentin aşağı palatası) aprelin 10-da Baş nazir İmran Xana etimadsızlıq göstərib.




Bölməyə aid digər xəbərlər
26-11-2024, 21:38 Ordubadda zəlzələ olub

bütün xəbərlər