21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
PKK-ya qarşı əməliyyatlarda kritik mərhələ başlayıb
Tarix: 20-09-2022 18:18 | Bölmə: Dünya / Xəbərlər
PKK-ya qarşı əməliyyatlarda kritik mərhələ başlayıb

Türk ordusu İraqın şimalındakı ən kritik terror hədəflərindən biri olan Zap Vadisində təşkilatın strategiyasını darmadağın edib.

Reyting.az
xəbər verir ki, Türkiyə xüsusi təyinatlıları Zap vadisində kritik əməliyyat keçirib.

PKK-nın qan damarlarından biri olan bu təpə terrorçuların möhkəmləndiyi mühüm logistika mərkəzi sayılır. Əməliyyat və bölgənin strateji əhəmiyyəti ilə bağlı detallar buranın strateji nöqtə olduğunu göstərir.

Şimali İraqda 17 aprel 2022-ci ildə başlayan “Pence Kilid” əməliyyatında əhəmiyyətli bir inkişaf baş verib. Zap vadisində davam edən əməliyyat fonunda terrorçular təpəni güclü şəkildə möhkəmləndirib. Terror təşkilatı son vaxtlar bu bölgəni silah və sursatla doldurub. Əməliyyat sayəsində Türkiyə Silahlı Qüvvələri həmin arsenalı ələ keçirib.

Qeyd edək ki, Zap yüksəkliyi İraqın şimalında, Çukurcadan 25 km cənubda yerləşir. Zap vadisinə nəzarət edən əsas nöqtə hesab olunur. Dominant bölgə Uzundərə və Güvən dağından Kazan vadisi ilə birləşir. İndi türk ordusu Zap vadisinə gedən yola, eləcə də Çukurcaya qədər uzanan ərazilərə nəzarət edir.

Bölgədə bir-birinə bağlı onlarla giriş-çıxışları olan bir neçə metr uzunluğunda tunellər aşkar edilib. Ordunun ələ keçirdiyi tunellərin yaşayış yeri kimi istifadə edildiyi müəyyənləşib. Bəzi tunellərin girişində dəmir qapılar var. Axtarış fəaliyyətləri zamanı tuneldə müayinə otağı olduğu və yaralı terrorçuların bu otaqlarda müalicə edildiyi məlum olub.

“Pence-Kilid” əməliyyatı ilə bölgədə 380-dən çox terrorçu, 500-dən çox mağara və sığınacaq məhv edilib. Türk əsgəri təpənin böyük ölçüdə nəzarəti ilə Zap vadisindəki terror bazalarını bağlayıb. Bununla da ordu PKK-nın Zap vadisindəki strategiyasını parçalayıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər