ABŞ Suriya ordusunun mövqelərini bombalayıb - Ölənlər var
Tarix: 18-06-2018 11:56 | Bölmə: Dünya / Xəbərlər
ABŞ Suriya ordusunun mövqelərini bombalayıb

ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya Suriya ordusunun Əbu Kamal şəhərindən cənub-şərqdə yerləşən mövqelərə aviazərbələr endirib.

Məlumata görə, aviazərbələr nəticəsində 48 Suriya hərbçisi həlak olub, yaralılar var.

Pentaqon isə yayılan məlumatları təkzib edir. Müdafiə Nazirliyinin rəsmisi Edrian Rankayn-Hallouey deyib ki, ABŞ və ya koalisiya qüvvələrinin bu zərbələrdə əli yoxdur.

Xatırladaq ki, bundan əvvəl aprelin 14-də ABŞ, Böyük Britaniya və Fransa Suriya ordusunun kimyəvi silah istehsal olunduğu iddia edilən obyektlərinə müştərək raket zərbələri endirmişdi.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}