14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Milli komandamız Kipri məğlub edib
Tarix: 09-09-2020 01:23 | Bölmə: İdman / Xəbərlər
Milli komandamız Kipri məğlub edib

Millətlər Liqasında Azərbaycan yığmasının növbəti qarşılaşması olub.

Reyting.az
xəbər verir ki, C liqasının 1-ci qrupunda yer alan millimiz 2-ci turda Kipr komandası ilə qarşı-qarşıya gəlib.

Görüşün 29-cu dəqiqəsində kapitan Maksim Medvedevin vurduğu qol millimizə qələbə qazandırıb.

Qeyd edək ki, yığmamız növbəti oyununu oktyabrın 10-da səfərdə Monteneqroya qarşı keçirəcək.

8 sentyabr

Millətlər Liqası, 2-ci tur

C liqası

22:45. Kipr – Azərbaycan - 0:1

Qol: Maksim Medvedev, 29

Hakimlər: Filip Qlova, Peter Bednar, Frantişek Ferents, Boris Marhefka (hamısı Slovakiya)

Nikosiya. GSP stadionu.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}