Rusiya Haftara dəstəkdən imtina edir?
Tarix: 27-05-2020 12:16 | Bölmə: Dünya / Xəbər lenti
Rusiya Haftara dəstəkdən imtina edir?

“Rusiyanın Liviyaya hərbi təyyarələr göndərdiyinə dair bilgilər həqiqəti əks etdirmir. Bu, bir başa Amerikanın qorxu hekayəsidir. Bu, keçmişdəki ABŞ administrasiyalarının oxşar saxta və səhv informasiyalarıdır”.

Reyting.az
xəbər verir ki, bu sözləri Rusiyanın Liviyada qiyamçı general Xəlifə Haftara dəstək verdiyi, ona rus təyyarələri göndərdiyi haqda iddialara cavab verən Rusiya Dövlət Dumasının Müdafiə komitəsinin sədr müavini Andrey Krasov deyib.

Qeyd edək ki, NATO-nun Afrika Komandanlığı bəyan etmişdi ki, Rusiya Liviyaya təyyarə göndərib və Moskva Liviyada hava sahələrini bağlaya bilər.

Rusiya Xarici İşlər Nazirliyi isə yazılı açıqlamasında bəyan edib ki, nazir Lavrov Liviyanın şərqindəki Tobruz mərkəzi təmsilçisi Akilə Sahillə telefon müzakirələri aparıb. Hər iki tərəf Liviyada böhranın güc yolu ilə həllinin faydalı olduğunu və tərəflərin iştirakı ilə təcili dialoqa başlamağın vacibliyini elan ediblər.скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}