18:19 / 03-05-2024
Məşhur yazıçı oxucularını təəccübləndirib
18:01 / 03-05-2024
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - Qərar
17:51 / 03-05-2024
Təhlükəsizlik Xidməti Paşinyanla bağlı araşdırma aparacaq
17:45 / 03-05-2024
Rusiya Ukraynaya qarşı kimyəvi silah tətbiq edir
17:42 / 03-05-2024
ƏƏSMN-nin kollegiya üzvlərinin sayı azaldılıb
17:28 / 03-05-2024
Ermənistanın dövlət büdcəsi kəsirlə icra edilib
17:26 / 03-05-2024
Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiqləyib
17:23 / 03-05-2024
Ukraynaya IRIS-T sistemləri göndərən Berlindəki zavod yanır
17:17 / 03-05-2024
Prezident İlham Əliyev fərman imzalayıb
17:16 / 03-05-2024
Neftin qiyməti son üç ayda rekord dərəcədə aşağı düşüb
17:00 / 03-05-2024
Azərbaycan ilə Ermənistan arasında sərhədlə bağlı yeni razılaşma olacaq
16:58 / 03-05-2024
Güclü külək və yağışlı hava olacaq - Xəbərdarlıq
16:45 / 03-05-2024
Daha 66 dərmanın qiyməti ilə bağlı qərar verilib
16:36 / 03-05-2024
Tatarıstana genişmiqyaslı kiberhücum başlayıb
16:35 / 03-05-2024
Avropa çempionatı: millilərimizin rəqibləri müəyyənləşib
16:18 / 03-05-2024
Vilayət Eyvazov generalı özünə müşavir təyin edib
16:00 / 03-05-2024
XİN Böyük Britaniya səfirinə cavab verib
15:51 / 03-05-2024
İspaniya klubları türk oyunçunu transfer etmək istəyir
15:37 / 03-05-2024
Yeni mafiya dəhşətli cinayətlərini artırır
15:35 / 03-05-2024
Milli Məclis daha 18 qanuna dəyişiklik edəcək - Siyahı
15:25 / 03-05-2024
Xaricdə oxuyan daha 62 nəfərin diplomu tanınmayıb
15:20 / 03-05-2024
Avropa Komissiyasının rəsmisi: "Cənubi Qafqaz regionunda sülh hər şeyi dəyişəcək"
14:51 / 03-05-2024
Aİ, Fransa və Çin liderlərinin üçtərəfli görüşü olacaq
14:30 / 03-05-2024
COP29.az vebsaytı istifadəyə verilib
14:16 / 03-05-2024
Elmar Vəliyevi güllələyənlə bağlı daha bir qərar verilib
14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
13:58 / 03-05-2024
G7 Rusiya aktivlərinin tam müsadirəsindən imtina edib
13:43 / 03-05-2024
Gömrük Komitəsində əməliyyat: rəis istintaqa cəlb edilib - (Yenilənib)
13:35 / 03-05-2024
Azərbaycan genişmiqyaslı müharibəyə hazırlaşır?
14:17 / 29-04-2024
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - (Yenilənib) - Foto
16:48 / 01-05-2024
Prokurorluq əməliyyat keçirib, vəzifəli şəxslər cinayət başında saxlanılıb - (Yenilənib)
15:43 / 30-04-2024
Laçın şəhərinə növbəti köç karvanı yola salınıb - (Yenilənib)
14:28 / 29-04-2024
DİM imtahanların vaxtını dəyişib
12:15 / 29-04-2024
Nazim Bəydəmirlinin məhkəməsi başlayıb
19:27 / 30-04-2024
Şair Elçin Mirzəbəyli ilə görüş keçirilib - Fotolar
17:18 / 01-05-2024
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edib - Video - Fotolar (Yenilənib)
09:41 / 29-04-2024
İki gimnastımız beş medal qazanıb
10:47 / 29-04-2024
Xalq artisti ilə həkimin məhkəməsi yenidən başlayır
22:56 / 30-04-2024
Cinçıxaran Rassel Krou şeytanı dəhşətə gətirir
18:11 / 29-04-2024
Bakıda beynəlxalq oyun festivalı keçiriləcək
07:37 / 29-04-2024
94 ildən sonra II Ramzesin heykəlinin yarısı da tapılıb - Foto
“Elektron hökumət”in əhatə dairəsi genişlənir - Yeniliklər edilib
Tarix: 21-08-2017 12:16 | Bölmə: Layihə
Ölkədə elektron sistemə keçiddən sonra bu istiqamətdə islahatlar bütün sahələr üzrə davam etdirilir. Xüsusən də “Elektron hökumət”ə inteqrasiyanın getdikcə təkmilləşməsi müsbət nəticələr ortaya çıxarır.
Elektronlaşma prosesinin ən mükəmməl sisteminin tərkib hissəsi “Elektron hökumət” portalıdır. Bu portal özü-özlüyündə böyük bir dövlət srtukturu kimi fəaliyyət göstərir.
Ən müsbət məqamlardan biri də, bu sistemin demək olar, tez-tez yenilənməsi, yeni xidmətlərin əlavə olunmasıdır.
Statistik məlumata görə, “Elektron hökumət” portalından “Yeni telefon çəkilişi” xidmətinə 13 min 637 dəfə müraciət edilib.
“Reytinq”in əldə etdiyi məlumatda bildirilir ki, vətəndaşlar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) “Elektron hökumət” portalında təqdim etdiyi elektron xidmətlərdən yararlanmaqla, məsafə qət etmədən mənzillərinə, yaxud ofislərinə yeni telefon xətti çəkdirə bilərlər. Bu xidmət hazırda Bakı şəhəri (“Bakı Telefon Rabitəsi” MMC-nin əhatə dairəsi) üçün aktivdir. Vətəndaşlar “Elektron hökumət” portalında onlayn müraciət formasını doldurmaq və onlayn ödəniş etməklə bir neçə dəqiqə ərzində telefon çəkilişi xidmətini sifariş edə, hətta istədiyi nömrəni seçə bilər. Sifariş qəbul olunduqdan sonra 3 gün ərzində mənzilə telefon çəkilir.
Qeyd edək ki, xidmətdən istifadə üçün 4 sənəddən birinin - evin qeydiyyat şəhadətnaməsi (kupça), sərəncam, order və yaxud müqavilənin olması vacibdir. Eyni zamanda, “Telefonun addan-ada keçirilməsi”ni də elektron qaydada həyata keçirmək mümkündür. Hər iki xidmətdən istifadə etmək üçün portalda qeydiyyatdan keçmək lazımdır.
Bu günədək həmin xidmətə olan müraciətlərin sayı 8 min 765-ə çatıb. Xidmətdən istifadə etmək üçün ailə üzvlərinin 4 sənəddən birinin - doğum haqqında şəhadətnamə, ölüm haqqında şəhadətnamə, nikah haqqında şəhadətnamə və yaşayış yeri haqqında arayışın olması mütləqdir. Yeni istifadəçi üçün isə “Mülkiyyət hüququnu təsdiq edən sənəd” tələb olunur.
Müraciət proseduru sadədir. Bunun üçün sistemə daxil olub telefonun ailə üzvlərindən birinin, yaxud yeni istifadəçinin adına keçirəcəyinizi qeyd etmək lazımdır. Addan-ada keçirilən telefonun nömrəsi və əlaqə nömrəsi daxil edilərək, qeyd olunan 4 sənəddən biri skan edilərək yüklənməli və “Növbəti” düyməsi seçilməlidir.
Qeyd edək ki, istər “Yeni telefon çəkilişi”, istərsə də “Telefonun addan-ada keçirilməsi” xidmətindən istifadə edərkən qoşula biləcəyiniz xidmət və onların abunə haqqı barədə məlumat ekranda əks olunur. İstənilən xidməti seçib və ya deaktiv edib, həmçinin şəhərlərarası və beynəlxalq çıxış kodlarının açıq, yaxud bağlı olmasını qeyd edib aktivləşdirmək olar.
Bundan başqa, NRYTN-in “Elektron hökumət” portalında təqdim edilən elektron xidmətlərindən istifadə etməklə “Telefonun təhvil verilməsi” (müraciət sayı 1944), “Telefonun servislərə qoşulması” (müraciət sayı 12.129), “Telefon üzrə ətraflı məlumat” (müraciət sayı 16.439), “Telefon nömrəsi üzrə axtariş” (müraciət sayı 2.720.797) və s. kimi xidmətlərdən yararlanmaq mümkündür.
“Reytinq”in əldə etdiyi məlumata görə, bu ay ərzində daha bir xidmət vahid elektron sistemə qoşulub. Artıq “Elektron hökumət” portalı istifadəçilərə müxtəlif məzmunlu fərdi məlumatlar üzrə arayışları vahid mərkəzdən əldəetmə imkanı yaradır. Portalda istifadə olunan xidmətlər arasında elektron arayışlara müraciət sayı son dövrlər artıb və bu günədək 17 arayış növü üzrə 1.252.176 dəfə müraciət qeydə alınıb.
Statistik məlumata görə, iş yerinə dair arayış xidmətinə 608 034, vətəndaşa aid fərdi məlumatlar üzrə arayışa 275 054, yaşayış yeri haqqında arayışa 75 643, diplom haqqında arayışa 64 473, şəxsiyyət vəsiqəsi məlumatları üzrə arayışa 61 200, il ərzində rabitə xidmətləri üzrə ödənişlər haqqında arayışa 27 964, rabitə xidmətlərinə görə borcun olmaması barədə arayışa 25 192, vətəndaş haqqında “Tələbə-məzun” dövlət elektron məlumat sistemindən çıxarışa 21 439, vətəndaşın adına qeydiyyatda olan nəqliyyat vasitəsi haqqında elektron arayışa 17 325, ümumtəhsil məktəbləri şagirdlərinin təhsil aldıqları yer haqqında arayışlara 17 029 dəfə müraciət olunub. Eyni zamanda, vətəndaşın hərbi xidmət keçməsi barədə arayışa 16 532, ümumtəhsil məktəblərində çalışan pedaqoji və texniki heyətin iş yeri haqqında elektron arayışa 12 253, vətəndaşın hərbi qeydiyyatda olması barədə arayışa 11 846, "Su təchizatı və tullantı sularının axıdılması xidmətləri"nə dair abonentə aid məlumatın verilməsi xidmətinə 8 249, “Su təchizatı və tullantı sularının axıdılması xidmətləri”ndən istifadəyə görə borcun olmaması haqqında arayışa 6 127 turizm fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin lisenziyaları haqqında arayışlara 2 545, dənizçinin şəxsiyyət sənədi üzrə isə 1 271 müraciət qeydə alınıb.
Bu arayışların elektron formada təqdim olunması vaxta qənaətlə yanaşı, bürokratik maneələri aradan qaldırır. E-arayışları PDF formatında yaddaşa verdikdən sonra çap edilməsi və istənilən elektron poçt ünvanına göndərilməsi mümkündür.
Onu da qeyd edək ki, “Elektron hökumət” portalının “Elektron arayışlar” bölməsində “Elektron arayışların yoxlanılması” xidməti də yerləşdirilib. Bu xidmətin köməyi ilə arayışın üzərindəki QR-kod və ştrix kodlar vasitəsilə onun etibarlılığını yoxlamaq mümkündür. Həmin xidmətə bu günədək 57.112 dəfə müraciət olunub.
Məlumatda bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əməkdaşlığı genişləndirir. Azərbaycan Respublikası Prezidentinin 24.05.2017-ci il tarixli 1418 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Güzəştli mənzil” sistemi haqqında Əsasnaməyə uyğun olaraq mənzillərin əldə edilməsi üçün “Elektron hökumət” portalında yerləşən “Güzəştli mənzil” sistemi vasitəsilə qeydiyyatdan keçmək, həmçinin güzəştlə mənzil əldə etmək hüququ təsdiq olunduqdan sonra şəxsi elektron kabinetə daxil olmaq və həmin sistem vasitəsi ilə mənzil seçmək gücləndirilmiş “Elektron imza” ilə mümkündür.
Çoxsaylı müraciətləri nəzərə alaraq, güzəştli mənzil almaq istəyən vətəndaşların rahatlığını təmin etmək və əlavə vaxt itkisinin qarşısını almaq məqsədilə “Elektron imza”nı “ASAN xidmət” mərkəzlərində "MİDA" MMC-nin "Güzəştli mənzil" xidməti pəncərələrindən də sifariş edərək almaq mümkündür. Belə ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində 03.08.2017-ci il tarixindən etibarən “Elektron imza” sertifikatları Bakı şəhərində yerləşən 1, 3, 5 saylı “ASAN xidmət” mərkəzlərindən və Sumqayıt “ASAN xidmət” mərkəzindən də əldə oluna bilər.
Ümumilikdə “Elektron imza”nın alınması üçün proses aşağıdakı ardıcıllıqla həyata keçirilir:
1. Vətəndaş yuxarıda qeyd olunmuş “ASAN xidmət” mərkəzlərindən birinə gələrək MİDA operatoruna yaxınlaşır və sənədlərini təqdim edərək müraciət edir;
2. Operator daxili prosedurları həyata keçirdikdən sonra “Elektron imza" üçün müraciət formalaşdırıb Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidməti Mərkəzinə (MSXM) göndərir;
3. MSXM öz növbəsində ödənişin həyata keçirilməsi üçün sorğunu qəbul edir, bildiriş formalaşdırır və dərhal MİDA-ya qaytarır;
4. Operator yaradılan bildirişi çap edərək ödəməsi üçün vətəndaşa təqdim edir;
5. Vətəndaş “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən banka yaxınlaşaraq bildiriş nömrəsini təqdim etməklə ödənişi həyata keçirir;
6. Ödəniş edildikdən sonra "Elektron imza" sertifikatı (token daşıyıcısında) istehsal edilir, paketlənərək təyin olunmuş vaxtlarda müvafiq xidmət məntəqələrinə çatdırılır;
7. Vətəndaş növbəti gün xidməti pəncərəyə yaxınlaşaraq "Elektron imza" sertifikatını əldə edə bilir.
Qeyd olunur ki, “Güzəştli mənzil” sisteminə dair sualları cavablandırmaq, şəxsi elektron kabinetin yaradılmasında, həmçinin “Elektron imza” sertifikatının alınmasında köməklik göstərmək məqsədilə “ASAN xidmət” mərkəzlərində "Güzəştli mənzil" pəncərələri davamlı olaraq vətəndaşlara xidmət göstərəcək.
“Güzəştli mənzil” sistemindən “Elektron imza” və ya “Asan imza” vasitəsi ilə istifadə vətəndaşların fərdi məlumatlarının mühafizəsini və "Elektron hökumət" portalında aparılan əməliyyatların dəqiq və təhlükəsiz həyata keçirilməsini təmin edir. “Elektron imza” sertikatına sahib olan vətəndaşlar “Güzəştli mənzil” sistemi ilə yanaşı, "Elektron hökumət" portalında təmsil olunan digər dövlət orqanlarının təqdim etdiyi xidmətlərdən də rahat şəkildə yararlana bilərlər.
Təbii ki, yeniliklər bununla bitmir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin operatoru olduğu “Elektron hökumət” portalına “Azərsu” ASC-nin “Elektron müraciət” adlı yeni elektron xidməti inteqrasiya olunub. Bu xidmət vasitəsi ilə fiziki və hüquqi şəxslər müraciətlərini (ərizə və şikayət) bundan sonra elektron formada göndərə bilərlər.
Xidmətdən istifadəyə gəlincə, portala autentifikasiya vasitələrindən biri ilə daxil olduqdan sonra əsas səhifədə “Bütün xidmətlər” bölməsini seçin. Daha sonra “Azərsu” ASC-nin təqdim olunan xidmətləri içərisindən “Elektron müraciət” adlı xidməti seçin. Açılan səhifədə “Su kanal idarələri”, yaxud “İdarəetmə aparatı” olaraq müraciət edilən təşkilatı, həmçinin müraciət edilən səlahiyyətli şəxs və ya müraciət edilən struktur vahidini seçib “Müraciət et” düyməsinə sıxın. Növbəti səhifədə ad, soyad, ata adı, FİN kod və ünvanınızı qeyd edib, ərizə, yoxsa şikayət olmaqla, müraciətin növünü və müraciət etmə səbəbini seçin. Telefon nömrəsi, poçt ünvanı və müraciətlə bağlı qeydləri əlavə edib, müraciətlə əlaqəli sənədlərin təqdim edilməsinə zərurət yarandıqda isə “Fayl əlavə edin” bölməsindən sənədləri sistemə yükləyin. Bundan sonra “Müraciət et” düyməsini aktivləşdirməklə müraciətinizi göndərmiş olacaqsınız.
Göndərildikdən sonra müraciətinizin qeydiyyata alınması və nömrəsi barədə bildirişi ekranda görəcəksiniz. Qeydiyyata alındıqdan sonra müraciətiniz “Azərsu”yun müvafiq struktur vahidinə icraya yönləndirilir. Müraciətin nəticəsi haqda məlumat isə vətəndaşın anketdə qeyd etdiyi elektron poçt ünvanına göndərilir.
Qeyd edək ki, “Azərsu” ASC-nin “Elektron hökumət” portalına inteqrasiya edilən xidmətlərinin sayı 10-a çatdırılıb.
Z.MƏMMƏDLİ
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.
Bölməyə aid digər xəbərlər

22-06-2022, 12:01
Patrik Andrade "Qarabağ"dan ayrılıb
31-05-2021, 10:30
Ermənilər dövlət sərhəddində növbəti təxribat törədib?
11-01-2020, 17:00
Mərkəzi Seçki Komissiyası DSK-nın qərarını ləğv edib
27-01-2019, 21:02
Elektron elm üçün fundamental layihələr icra olunur - Foto
20-01-2019, 11:03
Müasir texnologiyaların tətbiqi daha da sürətlənir
12-01-2019, 18:12
“Qaynar xətt” vətəndaşların işini asanlaşdırıb
5-01-2019, 10:28
Bir mərkəzdə 46 elektron xidmət... - Fotolar
29-12-2018, 21:27
İKT sahəsində mühüm araşdırmalar aparılıb
22-12-2018, 21:39
İnnovativ və texnoloji yeniliklər…
15-12-2018, 22:52
İKT-yə investisiya qoyuluşu 69 faiz artıb
8-12-2018, 23:15
50-dən artıq startap...
30-11-2018, 07:12
İKT ilə bağlı yeni tədbir…
25-11-2018, 08:57
Elektron dövlət və E-elm... - Yeniliklər
19-11-2018, 09:46
Vətəndaşlara “şəxsi kabinet” hazırlanır
4-11-2018, 17:41
Elektron sənəd dövriyyəsi yeni mərhələyə qədəm qoyur
28-10-2018, 06:21
“Rəqəmsal hökumət”ə keçid başlayıb
20-10-2018, 20:14
Dövlət orqanlarında elektron xidmətlərin təşkili araşdırılır
15-10-2018, 01:12
İKT sektoru üzrə gəlirlər 1,2 milyard manata yüksəlib
7-10-2018, 06:54
“Azərbaycan kosmik sənayedə də mövqeyini ortaya qoyur”
29-09-2018, 14:26
Elektron ticarətin strategiyası hazırlanır
24-09-2018, 00:33
Elektron mediada təhlükəsizlik müzakirə olunub
16-09-2018, 11:19
İnformasiya ehtiyatları təkmilləşdirilir - Qaydalar
1-09-2018, 00:13
İKT sahəsində yeni layihələr reallaşdırılacaq
24-08-2018, 15:12
Müasir texnologiyaların tətbiqi genişlənir
13-08-2018, 10:12
Daha bir peykimiz orbitə hazırlanır
5-08-2018, 15:32
Ölkəmizdə elektron ticarət dövriyyəsi artır
30-07-2018, 13:35
İKT üçün yeni tədbirlər planı var
23-07-2018, 02:27
Müasir texnologiyalar daha da təkmilləşdirilir
14-07-2018, 14:01
“Elektron hökumət”ə müraciətlərin sayı 23 milyonu ötüb
7-07-2018, 22:21
Əmlakla bağlı elektronlaşma prosesi genişlənir - Yenilik
30-06-2018, 14:10
Müasir texnologiyalar biznes mühitini yaxşılaşdırır
23-06-2018, 10:45
İKT sahəsində elmi araşdırmalar davam etdirilir
11-06-2018, 01:03
Virtual məkan uşaqlar üçün təhlükəyə çevrilib - Ekspert
2-06-2018, 11:32
Elektron sənədləşmənin yeni mərhələsinə start verilib
26-05-2018, 21:57
İKT böyük şirkətləri bir araya gətirib
19-05-2018, 21:50
“Elektron dövlət” idarəçilik keyfiyyətini artıracaq
14-05-2018, 20:32
“Mobil elektron imza" layihəsinə start verilib
6-05-2018, 21:58
İnformasiya təhlükəsizliyi ilə bağlı yeniliklər edilir
28-04-2018, 10:46
Uşaqların zərərli informasiyalardan qorunması prioritetə çevrilib
23-04-2018, 23:28
Çətin relyefli ərazilərdə 4-cü nəsil texnologiyanın tətbiqi üçün yeni işlər görülür
16-04-2018, 19:59
Təhlükəsizlik Mərkəzi Azərbaycanın virtual sərhədlərini necə qoruyur?
8-04-2018, 12:25
Elektron media və sosial şəbəkələrin problemi – Ekspertlər
31-03-2018, 06:58
Dövlət xidmətlərində elektronlaşmanın yeni mərhələsi başlayır
17-03-2018, 08:46
İKT üzrə yeni tədqiqatlar aparılır
11-03-2018, 09:23
“Azerspace-1”in 25-dən çox ölkədə müştəri bazası var
3-03-2018, 09:32
Elektron arayışların tətbiqi...
25-02-2018, 11:06
Şagird qəbulunun elektronlaşdırılması valideynlərin işini asanlaşdırıb
12-02-2018, 22:01
Təhsildə müasir texnologiyaların tətbiqinə yeni imkanlar yaranır