20:48 / 13-09-2025
Deputat 120 şagirdə məktəb ləvazimatları verib - Fotolar
18:41 / 13-09-2025
Xocalının Daşbulaq kəndinə ilk köç olub - (Yenilənib)
16:41 / 13-09-2025
İqtisadi Şuranın iclası keçirilib - Fotolar
15:55 / 13-09-2025
“Space TV”nin yayımı 6 saatlıq dayandırılacaq
15:48 / 13-09-2025
Sabah Bakıda intensiv yağış yağacaq - Xəbərdarlıq
15:44 / 13-09-2025
Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
13:27 / 13-09-2025
İlk köç karvanı Xocalının Seyidbəyli kəndinə çatıb - (Yenilənib)
12:30 / 13-09-2025
Bakıda tikinti şirkətinin rəhbəri axtarışa verilib
12:25 / 13-09-2025
"Vüsal 300" kimi tanınan iş adamına cinayət işi açılıb
12:21 / 13-09-2025
"Sonsuz qardaşlıq - IV" çoxmillətli birgə təlimi davam edir
11:12 / 13-09-2025
Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
09:29 / 13-09-2025
Kamçatkada 7,1 maqnitudalı zəlzələ olub
23:44 / 12-09-2025
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
22:10 / 12-09-2025
Salyanda 62 yaşlı kişi güllələnib
18:29 / 12-09-2025
Külək Yasamalda yaşayış binasında təhlükəli vəziyyət yaradıb - Video
18:00 / 12-09-2025
“Slavyanka” sularından kəskin qoxu gəlir - AQTA məsələni araşdırır
17:50 / 12-09-2025
Sədr müavini: "Metroda gələcəkdə diferensial qiymət artımı ola bilər"
17:40 / 12-09-2025
Xocalının daha iki kəndinə köç olacaq
17:23 / 12-09-2025
Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti dayandırılır
17:12 / 12-09-2025
Premyer Liqada V və VI turun oyun proqramı açıqlanıb
17:01 / 12-09-2025
Donald Tramp: "Biz çox sərt hərəkət etməli olacağıq"
16:55 / 12-09-2025
Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub
16:15 / 12-09-2025
BDU-da bəzi ixtisaslar üzrə dərslər 4 gün keçiriləcək
15:54 / 12-09-2025
Azərbaycanlı girovların öldürülməsi üzrə sənədlər elan olunub
15:43 / 12-09-2025
Kürşad Zorlu Naxçıvana gəlib - Yenilənib
15:33 / 12-09-2025
Qobustanda şəhidlə vida mərasimi olub
15:14 / 12-09-2025
Qarabağa daha iki köç karvanı gedib - (Yenilənib)
14:58 / 12-09-2025
İcra Hakimiyyətinin tenderi baş tutmayıb
14:55 / 12-09-2025
Azərbaycan III Türk Dövlətləri Universiadasının qalibi olub
14:49 / 12-09-2025
Qəbələdə şəhidlə vida mərasimi keçirilib
09:10 / 09-09-2025

06:10 / 11-09-2025

23:31 / 08-09-2025

23:10 / 08-09-2025

23:20 / 08-09-2025

10:19 / 10-09-2025

13:31 / 11-09-2025

22:00 / 09-09-2025

21:32 / 10-09-2025

13:08 / 09-09-2025

14:28 / 10-09-2025

18:29 / 12-09-2025

Səmimi duyğular, bənzərsiz düşüncələr - Foto
Tarix: 02-09-2019 15:05 | Bölmə: Akif CABBARLI

Qəbələyə növbəti gəlişim həmişəki kimi dostlarımın və şagird yoldaşlarımın ürəyindən oldu. Ənənəyə görə ildə azından dörd-beş dəfə “sinif uşaqları” olaraq bir yerə yığışır, ötən illərə qiyabi səyahətə çıxır, dərd-sərimizdən, problemlərimizdən danışır, sevincimizi bölüşür, rayonun adla tanınan, amma cibimizə uyğun restoranlarının birində də Qəbələ nemətlərindən, bişintilərindən dadıb özümüz üçün əməlli-başlı dincəlirik. Bunlar öz yerində. Əyalət “uşaqları”nın bir məsələyə görə nə qədər sevindiyini, qürurlandığını deməsəm, yazmasam, ola bilsin sonralar ən çox özüm-özümü qınayardım.
Nohur gölü ətrafında, Sini meşəsinin qalın kölgəliyində oturub ləzzətli samovar çayından nuşcanlıqla içirdik ki, Mirhəsən çantasından çıxardığı kitabları bir-bir qənşərimizə qoyub - yəqin ki, məndən bundan qiymətli pay gözləmirsiniz, hə? – deyə özünəməxsus zarafatından qalmadı. - Heç kimə də olmasa, əgər kitabımı oxusalar, Nərimanla Akifə gücüm çatandan bir kənd payı göndərərəm, necə də olsa şəhərdə yaşayırlar axı – dedi.
Bu fikirlə hamı razılaşdı. Sədiyar, Fəxrəddin, Sahib, Mirzəcan, Nizami, Mirzəmməd və sonralar sıralarımıza qoşulmuş Tofiq qardaş bu fikirə ürəkdən “Amin” dedilər. Mirhəsən Ağayevin – Mirzəbəyli kəndinin say-seçmə ağsaqqal ziyalılarından və Qəbələnin üzdə olan söz adamlarından biri kimi tanınan dostumuzun bizə bağışladığı sayca üçüncü kitabı – “O, mənim Anam deyil” şeir və hekayələr toplusu dostum, kimyaçı alim Nəriman Cavadov üçün də, mənə görə də əsl dost hədiyyəsi idi. Bakıya qayıdanda elə maşındaca Mirhəsən müəllimin ürəyinin süzgəcindən keçirdiklərini birnəfəsə oxudum və “sinifkomumuzun” ədəbi düşüncələrinin dağ çayları, şəlalələr tək saf, duru olduğunu, qranit kimi kəsərliliyini, bal tək şirinliyini bir daha tam əlvanlığı ilə duydum, yaşadım.
Səndə əzəmət də, vüqar da vardır,
O uca dağların zirvəsi qardır.
Payızın, qışın da sanki bahardır,
Qızıldan, gümüşdən qaşlı Qəbələ.
Göründüyü kimi, şair sadə, işlək ifadələrdən rəssam tək yüz cür naxışlı, əlvan palitralı peyzaj yarada bilib.
Bir neçə gün sonra Nərimanla kitabın məziyyətləri, şagird dostumuzun, sadə kənd müəlliminin səmimi duyğu və düşüncələrinə necə poetik don biçdiyini öz aramızda müzakirə də etdik. Nəriman da qayıdıb bircə kəlmə dedi ki, kitab haqqında fikir söyləmək bir qələm adamı kimi sənin öhdənə düşür.
Təbii ki, Nəriman Hacallı kənd orta məktəbinin 1967-ci il buraxılışının əksər məzunlarına xas olan bir ərkyanalıqla missiyamı yada salırdı və mən də kitab haqqında qısaca dost sözü söyləməyə qərar verdim.
“O, mənim Anam deyil” kitabı ADPU-nun nəşriyyatında çap olunub. Kitabın redaktoru fəal və ədəbiyyatçı “sinif uşaqları”ndan olan, hazırda Qəbələnin Tüntül kənd orta məktəbinin Ana dili və ədəbiyyat müəllimi Fəxrəddin Babayev, rəyçi isə Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü, rayonun Bum kəndində “Bal baba” kimi tanınan Emin Baratoğludur. “Bal baba” titulunun açması ilə bağlı inşallah başqa bir yazıda...
Mirhəsən Mirzəbəyli yeni kitabına bir neçə bədii və sənədli hekayə, avtobioqrafik oçerk, vətənpərvərlik mövzusunda yazılar, şeirlər daxil edib. Ömrü boyu kənddə yaşayan, gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olan, idmanı özünün və ətrafındakıların gündəlik həyat tərzinə çevirməyi ustalıqla bacaran sadə bir insanın şahidi olduğu hadisələr, yaşadığı ülvi hisslər nəsrin və poeziyanın əzəli qanunları çərçivəsində, ədəb-ərkan və milli dəyərlər səviyyəsində oxuculara təqdim olunur. “O, mənim Anam deyil” hekayəsi günümüzün reallıqlarını doğru-dürüst əks etdirən, valideyn-övlad münasibətlərinə geniş spektrdə işıq salan bədii nümunə kimi olduqca dəyərlidir. Müəllif oxucuya ən əsası onu demək istəyir ki, kasıbçılıq, ehtiyac saf ailə qurmğa mane olmamalıdır, vətənə, elə bağlılıq, sədaqət fonunda yüksək tərbiyəli, savadlı övladlar yetişdirməkdə əngələ çevrilməməlidir. Əksinə, çətinliklər görmək, aza da, çoxa da qane olmaq gələcəyin insanının bərkdən-boşdan çıxması, hər cür əzaba sinə gərmək bacarığına yiyələnməsi yolunda məhək daşına çevrilməlidir. İradə, Fərid, Xuraman və Vaqif kimi obrazların həyata baxışı Mirhəsən müəllimin ürəyindən keçənlərin sınanmış barometrinə çevrilirsə, deməli, müəllif məqsədinə çata bilmişdir.

Mirhəsən müəllimin anası Balaxanım nənəni yaxşı xatırlayıram. Bu xanım-xatun qadın doxsan üç il ömür sürdü. Ömrünün son həftələrində də yaddaşı üstündəydi. Onunla hər görüş bizim üçün əsl bayrama çevrilərdi. Bayatılar söylər, xatirələr danışar, Azərbaycanın müxtəlif guşələrində, Dağıstanda keçirdiyi xoş məqamları yada salardı. On uşaq böyütmüş “Qəhrəman ana” adına layiq görülmüşdü. Onun qardaşı Baba Babayev də məsul vəzifələrdə çalışsa da, əsl ürək adamı idi, bir neçə şeirlər kitabı çıxmışdı. Mirhəsənin atası Əlbala müəllim rayonun adlı-sanlı ziyalılarından, ağsaqqallarından olub. Belə bir mühitdə doğulub boya-başa çatan qardaşımız yazmaya bilməzdi və onun poetik dünyası gəncliyindəki kimi, yenə zəngindir, gözəl duyğularla dopdoludur. Mirhəsənin “İsmayıl bəy Qutqaşınlının əziz xatirəsinə”, “Xocalı”, “Yavaş-yavaş qocalıram”, “Mənim üçrəngli bayrağım” və digər şeirlərində keçmişə ehtiram, gələcəyə inam, insana sevgi, vətənə məhəbbət hissləri obrazlı ifdələrlə, parlaq simvolizə yolu ilə təqdim olunur.
Vaxt yetişər, düşmənləri əzərik,
Şuşanı, Laçını bir-bir gəzərik.
Gül-çiçəklə o yerləri bəzərik,
Düşməni qovarıq yuvasınadək,
...İndi gedəmmirik biz Qarabağa.
Mirhəsən müəllim öz poetik ümidlərinin reallaşacağı həsrətindədir. O günə isə az qalıb, əziz qardaşım. İnşallah, arzun çiçək açar, Qarabağa yol alarıq, sən də bizimlə bir sırada.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif CABBARLI
Bölməyə aid digər xəbərlər
9-09-2024, 12:18
Akif CABBARLI - Kəlbəcərə gedə bilmədi, doğmalarının qəlbində yuva qurdu - Akif Cabbarlı yazır
14-07-2022, 10:47
Akif CABBARLI - Səfərin uğurlu olsun, yollarına günəş doğsun - Akif Cabbarlı yazır
26-11-2021, 11:35
Akif CABBARLI - Vicdan borcu - Kənan Hacı yeni romanında məhz bu prinsipi önə çəkir
15-07-2020, 13:02
Akif CABBARLI - Şəhid general-mayor Polad Həşimova açıq məktub - Akif Cabbarlı yazır