20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Nankorluq
Tarix: 26-09-2016 19:57 | Bölmə: Mətanət ƏLİYEVA


Yay istirahəti zamanı gündəlik mətbuatı mütəmadi olaraq izləyir, ölkədə baş verən hadisələrdən xəbər tuturdum. Naxçıvanın Milli təhlükəsizlik naziri Vəli Ələsgərovla bağlı yazıları oxuyanda bir həftə ürəkdən güldüm.

Qəzetlər yazırdılar ki, hər gün nazirliyin əməkdaşlarını təcridxanaya gətirirlərmiş ki, onlar generalın üzünə tüpürsünlər. Belə şeyə gülmək əslində insanlığa ziddir. Vəli Ələsgərov cinayət edibsə, o, sivil qaydada, məhkəmə yolu ilə cəzalanmalıdır. Üzünə tüpürüb insanı alçaltmaq isə cinayətdir. Sadəcə olaraq, mən başa düşürdüm ki, o nəsə yersiz hərəkət edib. Elə-belə durduğu yerdə insanın üzünə tüpürməzlər.

Sonra məlum oldu ki, Vəli Ələsgərov Vasif Talıbovun evinə (villasına) kamera qoydurub onu güdürmüş.

Talıbovun iş yerinə gizli kamera qoysaydı, generalı bağışlamaq olardı, amma müsəlmançılıqda tabeliyində olduğun adamın ailəsini güdmək əclaflıqdır. Evdə qız var, gəlin var... Mən də evimə kamera qoyan işçimin üzünə tüpürərdim.

Mənim bildiyim qədər, Vasif Talıbovun ailəsi dindardır, ürəklərində Əli xofu var. Ümumiyyətlə, naxçıvanlılar dinə bağlı insanlardır. İmam Əliyə həqiqi sevgisi olan insanlar qorxulu ola bilməzlər.

Tarixdən bildiyimiz qədər İmam Əli haqqın tərəfdarı olub, bu isə Məkkə varlılarını qane etməyib deyə onu qətlə yetiriblər.

İmam Əliyə sevgi gündən-günə artır, onu qətlə yetirən məkkəlilər isə bu gün də şeytana xidmət edir, əxlaqsız həyat sürən Səudiyyə Ərəbistanının şeyxləri bu gün müsəlman ölkələrini viran qoyan ABŞ-a və bəzi Qərb dövlətlərinə xidmət edir, vəhabiləri, İŞİD-i maliyyələşdirirlər.

Vəli Ələsgərov 14 il azadlıqdan məhrum edildi. Allah qapısını açıq eləsin. Ona və başqalarına dərs olsun ki, ləyaqətsiz hərəkət edəndə adamın üzünə tüpürürlər.

Müstəqil olduğumuz son 20 ildə xeyli sayda yüksək vəzifəli məmurlarımız ifşa olunub, həbsxanaya salınıb, amma bu sonrakı nazirlərə dərs olmayıb. Əvvəlki məmurların cinayətlərini sonrakılar da davam etdiriblər.

Yay istirahəti zamanı xeyli bədii kitab oxudum. Çingiz Abdullayevin "Vampirlərin güzgüsü" adlı detektivi xüsusilə yadımda qaldı. Əsər rusiyalı jurnalist Vladislav Listyevin qətlindən bəhs edir və bu araşdırmanın fonunda Rusiyada həmin dövrdə baş verən hadisələr, bunların telekanallarda əksi təsvir olunur.

Araşdırmalardan məlum olur ki, Listyevi böyük pullara görə öldürüblər. Ümumiyyətlə, əksər qətllərin arxasında böyük pullar, böyük pulların arxasında böyük cinayətlər dayanır. Mən böyük pulları olan adamlardan, ailələrdən, təşkilatlardan qorxuram. Hiss edirəm ki, orada qəddarlıq, əxlaqsızlıq, satqınlıq, mənəviyyatsızlıq da var və bu pulların kimisə xoşbəxt etməsini görməmişəm.

Detektivdən görünür ki, hazırda bütün keçmiş sovet respublikalarında eyni proseslər baş verir, çevrilişlər nəticəsində dağılmış ölkələrdə fürsətdən istiadə edib sərvətləri ələ keçirmək istəyənlər hər cür cinayətlərə gedirlər və bəzi telekanallar da məhz bu adamlara xidmət edir, namuslu, xalqını sevən adamlara burada yer yoxdur.

Azərbaycanın televiziya kanallarında nələrin baş verdiyini anlamaq istəyənlər bu əsəri oxusalar hər şeyi başa düşərlər. "Vampirlərin güzgüsü" hazırkı televiziya verilişləri haqqında son dərəcə tutarlı analitik bir əsərdir.

SSRİ dağılandan sonra Rusiyanın pulları yəhudilərin əlinə keçdi. Azərbaycandan olan bir çox yəhudi mənşəli, yaxud həyat yoldaşı yəhudi olan həmvətənlərimiz asan yolla tez bir zamanda Rusiyada varlandılar.

Mən Çingiz Abdullayevdən müsahibə alanda sual verdim ki, nə üçün SSRİ dağılandan sonra Rusiyanın bütün pulları yəhudilərin əlinə keçdi, cavab verdi ki, yəhudilər ağıllı olduğu üçün.

Yəhudilərdə Enşteyn, Freyd kimi dahilər olub, bu millətə Allah dərin zəka verib. Amma Rusiyanın pulları ona görə yəhudilərin əlinə keçdi ki, Rusiyanı yəhudilər özləri dağıtdılar. Bu da onların nankorluğu idi, çünki yəhudiləri vaxtilə sovet xalqı Hitlerin qırğınından xilas etmişdi. Təəssüf ki, Xodorkovski, Berezovski, Abramoviç kimi oğru yəhudilər Enşteyn kimi bir dahini yetirən xalqa qarşı dünyada mənfi fikir oyadır.

Mən bir neçə il əvvəl ABŞ səfirliyində keçirilən görüş zamanı yəhudilərlə bağlı mənə verilən suala cavab verərkən də bunları dedim. Hazırda bəzi yəhudi dairələr ABŞ vasitəsilə dünyaya ağalıq etmək istəyirlər, hesab edirlər ki, dünyanın neft-qaz resursları kimin əlində olsa, dünyanı da onlar idarə edəcəklər. Bu məqsədlə neft-qaz çıxan ölkələri zəbt edirlər. Əgər yəhudi dairələrin dəstək verdiyi Hillari Klinton prezident seçilərsə, nəinki ABŞ-ı, bütün dünyanı fəlakət gözləyir.

Ərəblər Qəddafinin saqqalından tutub sürüyəndə Hillari hırıldayırdı. O gündən ərəbləri qarışqa kimi qırırlar. Səddamdam sonra İraq yerlə yeksan olub. Hillari indi deyir ki, İraqa girmək düzgün deyildi.

Yəhudi təşkilatlar vaxtilə yəhudi qızı Monika vasitəsilə prezident Klintonu şantaj edib təxribata çəkmək istəyirdilər. Bill Klinton vəziyyətdən çıxa bildi. Görünür, Hillarinin tamahkarlığı onu tora salıb. ABŞ-ın keçmiş dövlət katibi də Hillarini görməmiş adlandırıb.

Bir-iki kəlmə də Türkiyə prezidenti Ərdoğanın siyasətini dəyişməsi ilə bağlı yazmaq istəyirəm. Türkiyə bütün dönəmlərdə şər qüvvələrlə müttəfiq olub, təcavüzkar zəifləyəndə güclünün tərəfinə keçib. Bu dəfə də Türkiyə müsəlman ölkələrinə təcavüz edən ABŞ və Qərbə kömək etdi. Onlar zəifləyəndə, 1920-ci ildə olduğu kimi, təcavüzkarlarla vuruşan Rusiyanın tərəfinə keçdi. Bu, bəlkə də Türkiyə dövlətinin maraqları üçün lazım idi. Amma Türkiyə bu proseslərdə Azərbaycandan şəxsi maraqları üçün istifadə etdi, bizi Rusiya ilə düşmən etdi, Qarabağı itirdik, xalqımız böyük faciələr yaşadı. Yenə də,yəqin 20-ci ildə olduğu kimi,Türkiyə öz maraqları naminə bizi Rusiyaya təhvil verəcək.

Mən peşəkar siyasətçi deyiləm, əgər siyasi mülahizələrimdə yanılıramsa, oxucu məni bağışlasın. Mən bir şeydə qəti yanılmıram, hər bir vicdanlı jurnalist və vicdanlı siyasətçi sözdə və əməldə dövlətinin maraqlarını qorumalıdır.


Müəllifin bütün yazıları - Mətanət ƏLİYEVA



Bölməyə aid digər xəbərlər
30-11-2017, 12:28 Mətanət ƏLİYEVA - Vacib əməl
14-10-2017, 14:36 Mətanət ƏLİYEVA - Su, su, su!!!
14-03-2017, 12:59 Mətanət ƏLİYEVA - Əsas hədəf

bütün xəbərlər