12:37 / 20-10-2025
Sabahın hava proqnozu açıqlanıb
12:14 / 20-10-2025
Xaçmazda 34 yaşlı şəxs güllələnib
12:11 / 20-10-2025
DİN əhaliyə çağırış edib
12:11 / 20-10-2025
Tramp Çinə qarşı əsas tələblərini açıqlayıb
11:59 / 20-10-2025
Prezident 10 məmuru təltif edib - Siyahı
11:42 / 20-10-2025
Kəmaləddin Heydərov Ramiz Mehdiyevin oğlunu müdafiə edir
11:30 / 20-10-2025
Eldar Mahmudovun vəkili yayılan xəbərə reaksiya verib
11:26 / 20-10-2025
Qarabağ zonasında daha 1587.8 hektar ərazi minalardan təmizlənib
11:21 / 20-10-2025
Ötən ay xaricdə təhsil almış 108 nəfərin diplomu tanınmayıb
11:01 / 20-10-2025
Ruslar Sumı rayonunda dəmir yoluna ziyan vurub
10:57 / 20-10-2025
Mərmi qəlpəsi vitse-prezidentin kortejini zədələyib
10:46 / 20-10-2025
Su anbarında meyit tapılıb
10:35 / 20-10-2025
Sabiq idarə rəisi azadlığa buraxılıb
10:35 / 20-10-2025
Qızılın qiyməti yenidən artacaq
10:26 / 20-10-2025
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verəcək
10:22 / 20-10-2025
Hollivudun məşhur aktyorundan bəhs edən film çəkiləcək
10:15 / 20-10-2025
Goranboyda kafedə kütləvi dava: xəsarət alanlar var
09:40 / 20-10-2025
Gəncədə 25 yaşlı gənc toyda bıçaqlanıb
09:21 / 20-10-2025
Dayanıqlı iqtisadiyyatı olan ölkələrin reytinqi açıqlanıb - Siyahı
09:20 / 20-10-2025
Şəmkirdə kişi avtomobil qaldırıcısının altında qalaraq ölüb
09:08 / 20-10-2025
İmperatorlara məxsus qiymətli əşyaları oğurlayıblar - Fotolar
08:59 / 20-10-2025
Zaxarova: Putinlə Trampın danışığından sonra diplomatlar çox çalışırlar
08:25 / 20-10-2025
Tufan Erhürman Şimali Kipr Türk Respublikasının yeni prezidentidir
08:18 / 20-10-2025
Qəzzada vəziyyət fəlakət həddinə çatıb
08:11 / 20-10-2025
Prezident seçkilərində “autsayder” qalib gəlib
08:05 / 20-10-2025
Atəşkəsdən sonra Qəzzada 51 nəfər öldürülüb
07:59 / 20-10-2025
Tramp Dehliyə Rusiya nefti ilə bağlı xəbərdarlıq edib
07:16 / 20-10-2025
Çin "Falcon 9" raketinin bənzərini yaradıb
12:11 / 17-10-2025

19:51 / 17-10-2025

16:01 / 18-10-2025

17:37 / 15-10-2025

14:10 / 16-10-2025

13:21 / 15-10-2025

11:33 / 16-10-2025

13:05 / 16-10-2025

16:15 / 18-10-2025

23:49 / 15-10-2025

12:02 / 16-10-2025

20:22 / 15-10-2025

Seçicilərə pul paylamaq “qadağası” aradan qaldırılsın!
Tarix: 04-12-2017 11:20 | Bölmə: Nadir QOCABƏYLİ

Seçkilərdə barmaqlara adi gözlə görünən boya vurulması və seçkiyə gəlməyən vətəndaşların cərimə olunması ilə bağlı təklifimi yüzlərlə insan dəstəklədi, onlarla insan bu təklifləri paylaşdı. Dəstək və paylaşımlar hələ də davam edir.
Doğrudur, kampaniyaya fəal şəkildə qoşulan olmadı, amma zənnimcə, bu da pis nəticə deyil. Passiv dəstəyin aktiv dəstəyə çevrilməsinin, şübhəsiz, müəyyən səbəbləri, şərtləri var, ancaq indi onlar haqqında danışmaq istəmirəm. Zamanı gələndə bunu təhlil edəcəyəm. Ümid edirəm ki, buna ehtiyac qalmayacaq, çünki bu kampaniyanı başlada biləcəyimizə inanıram.
Seçki ilə bağlı bu və digər təkliflərimi zaman-zaman gündəmə gətirmək niyyətindəyəm. Bu işdə mənə yardımçı olanlara və bundan sonra olacaq hər kəsə təşəkkürümü bildirirəm.
Mən daim ölkəmizin inkişafı, tərəqqisi, düzgün, ədalətlə idarə olunması haqqında düşünürəm. Seçki prosesinin mümkün qədər ədalətli, şəffaf, düzgün keçməsi də bunun tərkib hissəsidir. Prezident seçkilərində namizəd olmaq niyyətim məni bu məsələləri daha dərindən araşdırmağa sövq edir.
Bu gün sizə Seçki Məcəlləsində yer alan daha bir “tələ”, saxtakarlıq mənbəyi haqqında danışmaq istəyirəm. Məcəllədə seçki kampaniyası dövründə və seçki günü seçiciləri pulla, digər hər hansı bəxşiş və hədiyyələrlə ələ almaq qəti qadağandır (maddələri hüquqşünaslar dəqiqləşdirə bilər). Yəni istər deputatlığa, istərsə də prezidentliyə namizəd olan şəxs heç bir halda seçicilərə pul, ərzaq paylaya, hədiyyələr verə, xeyriyyəçiliklə məşğul ola bilməz. Ancaq etiraf edək ki, qanunun bu tələbi qətiyyən işləmir. Daha doğrusu, hakimiyyətə sərf etməyən namizədlər üçün işlədiyi halda, sərf edənlər üçün işləmir. Hamımız bilirik ki, əslində seçki zamanı vətəndaşlara pul da paylanır, ərzaq da, hətta toyuq-cücə də. Bəzi namizədlər kampaniya dövründə səxavət kisələrinin ağzını açaraq, yaşayış məntəqələrinə yol çəkir, transformator, zibil qutuları qoydurur, digər abadlıq işləri gördürürlər. Misal üçün, hazırda yaşadığım küçəyə köçəndə hamı buradakı artıq köhnəlmiş asfaltı məhz mərhum Anar Məmmədxanovun deputatlığa namizəd olduğu zaman çəkdirdiyindən danışır və ona alqış edirdi. Hətta deyirdilər ki, ondan sonrakılar heç nə etmədilər. Onu da deyim ki, seçicilərin əksəriyyəti bunun qanunsuz olduğunu bilmir, yaxud bilsə də əlini yellədir: yəni, əşi nə qanun...
Amma məsələ burasındadır ki, istər mərhum Anar Məmmədxanov, istərsə də digər hər hansı namizəd “yuxarıların”, yəni hakimiyyətin razılığı, necə deyərlər, “dobrosu” olmadan heç kəsə nə bir qəpik verə, nə də bir metr yol çəkə bilər. Onun namizədliyi dərhal ləğv olunar, hətta xərclədiyi pulların mənbəyi araşdırılaraq, haqqında cinayət işi də qaldırıla, həbs oluna bilər.
2005-ci ildə 80 saylı İmişli-Beyləqan seçki dairəsindən Milli Məclis üzvlüyünə namizəd olarkən rəqiblərimdən ikisi – Əhəd Əhmədov (sonradan deputat oldu) və Aslan Aslanov (soyadı səhv ola bilər) pul paylamaq, yol çəkdirmək, transformator qoymaq yarışına girmişdilər. Onlardan birincisinin prezidentin mühafizə xidmətinin rəisi Bəylər Əyyubovun, digərinin isə nəqliyyat naziri Ziya Məmmədovun adamı olduğu söylənirdi. Onların qanunazidd əməlləri haqda Dairə Seçki Komissiyasına rəsmi şikayət etsəm də, məhəl qoyulmadı. Dəyirman bildiyini edirdi.
Lakin hamı bilirdi ki, onlardan biri gec-tez sıradan çıxmalıdır, çünki hakimiyyət öz adamları arasında belə bir rəqabətin seçkiyə qədər davam etməsinə yol verə bilməzdi. Nəhayət, Aslan Aslanova namizədliyini geri götürmək əmri verildi. Deyilənə görə, guya o, əmrə tabe olmaq istəməyib və bundan sonra təhdid olunub: “Geri götürməsən, namizədliyin ləğv olunacaq.” Seçiciləri maddi şirnikləndirmə yolu ilə ələ almağa cəhd etdiyinə görə. Halbuki, eyni işlərlə məşğul olan, hətta seçki günü də deyilənlərə görə, hər bir seçiciyə “bir şirvan” (2 manat) paylatdıran Əhəd Əhmədov təxminən beş min səslə deputat oldu.
Başqa bir məqamı da diqqətinizə çatdırdıqdan sonra, təklifimi irəli sürəcəyəm. Seçicilərlə keçirdiyim görüşlərdə onların məndən də maddi kömək umduqlarını hiss edirdim. Hətta bəziləri istəyirdi ki, birbaşa cibimdən onlara pul çıxarım verim. Düzdür, mənim pul paylamaq imkanım yox idi, ancaq bəzi kasıb adamlara yazığım gəldiyindən, beş-on manat vermək ürəyimdən keçsə də, bunu edə bilmirdim. Çünki qanunla qadağan idi və kənardan göz qoyanlar vardı. Qanun axı bizim üçündür!
Təklifim: qanundakı bütün bu qadağaların aradan qaldırılmasını tələb edək. Çünki işləməyən qanunun olmasındansa, olmaması yaxşıdır. Çünki bu qadağalar yalnız hakimiyyətə özünə sərf etməyən namizədləri sıradan çıxarmağa, lazım bildiklərinə şərait yaratmağa xidmət edir. Digər tərəfdən, xalq acınacaqlı vəziyyətdədir. Bir halda ki, pullu adamlar var və onlar seçkili orqanlarda təmsil olunmaq üçün pul xərcləmək istəyirlər və xərcləyirlər, niyə səslərini pulla birbaşa almasınlar? Niyə seçicilərə pul, hədiyyə vermək üçün yuxarıdan icazə almalı, kimlərinsə bığını yağlamalıdırlar? Qoy elə açıq şəkildə seçiciyə pul verərək, imza və səs alsınlar.
Əgər bu qadağa aradan qaldırılsa, siyasətlə məşğul olmaq istəyən kapital sahibləri arasında açıq rəqabət yaranacaq. Onlar pullarını hakimiyyət təmsilçilərinə rüşvət verməyə, reklam şirkətlərinə sərf etməyə yox, birbaşa xalqa xərcləməyə üstünlük verəcək, bununla xalqın maddi vəziyyəti xeyli yaxşılaşacaq.
Bu təklif namizəd olmaq istəyən bir şəxs olaraq mənə qətiyyən sərfəli deyil. Çünki bildiyiniz kimi, heç bir kapitala sahib deyiləm və aldığım cüzi qonorarla yaşayıram. Ancaq əminəm ki, ölkədə hamı öz imzasını və səsini pula satmır. Mənim seçicilərim həmin insanlar olacaq. Əgər onlar azdırsa, mən təbii ki, uduzacağam. 2005-ci ildə Əhəd Əhmədova böyük hesabla uduzduğum kimi. Daha doğrusu, “O olmasın, bu olsun”da deyildiyi kimi, onun puluna.
Əminəm ki, bu qadağa aradan qaldırılsa, bir müddətdən, daha doğrusu, bir neçə seçkidən sonra ölkədə səsini pula satmayan seçicilər daha çox olacaq. Biz seçiciləri səslərini pulla satmamağa çağıracaq, bunun mahiyyətini onlara izah edəcəyik. Mən özüm şəxsən heç vaxt imzamı və səsimi pula satmaram. Ancaq satmaq istəyən onsuz da satır və bunu qanunla qadağan edib, hakimiyyətin əlində cəza alətinə çevirməsinin bizə heç bir faydası yoxdur.
Eyni zamanda, hər kəsə bəllidir ki, ölkəmizdəki hazırkı şərait pulsuz, kapitalsız adamın nəinki seçkidə qələbə qazanmasına, namizəd olmasına belə yol vermir. Namizəd istənilən halda pul tapmalı və xərcləməlidir. Belə olduğu halda, buna niyə qadağa qoyulsun? Niyə insanlar bunu açıq şəkildə, kiməsə rüşvət vermədən etməsinlər?
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Nadir QOCABƏYLİ
Bölməyə aid digər xəbərlər
28-02-2021, 14:55
Xalq adamı ilə xalqın arasına girənlər…
16-01-2021, 23:01
Solovyovdan üzr istəyirəm - Nadir Qocabəyli yazır
3-11-2019, 12:44
Nadir QOCABƏYLİ - Yel qayadan nə aparar, yaxud Prezidentin köməkçisindən nə istəyirlər?