22:28 / 11-05-2025
Qarabağ" "Araz-Naxçıvan"ı məğlub edib
14:22 / 11-05-2025
"Xudafərin" körpüsünün sütun hissəsində qazıntı aparanlara qarşı əməliyyat... - Video
14:07 / 11-05-2025
Bu gün magistraturalara qəbul imtahanı keçirilib
20:00 / 10-05-2025
İlham Əliyev Ağdama gedib (Yenilənib) - Fotolar
12:10 / 10-05-2025
Sabahın hava proqnozu açıqlanıb
11:49 / 10-05-2025
Mövqelərimiz atəşə tutulub
11:27 / 10-05-2025
Konstitusiya və suverenlik: Heydər Əliyev siyasi irsinin təməl sütunları
10:08 / 10-05-2025
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanı ziyarət ediblər - Fotolar
00:01 / 10-05-2025
Bu gün Heydər Əliyevin doğum günüdür
19:20 / 09-05-2025
207 nömrəli məktəbdə 150 manatdan pul yığılması iddiası araşdırılır
17:18 / 09-05-2025
İlham Əliyev və birinci xanım Şuşada - (Yenilənib) - Fotolar
16:47 / 09-05-2025
Rövnəq Abdullayev yeni naziri kollektivə təqdim edib
15:28 / 09-05-2025
Masallıda avtomobil aşıb: 3 nəfər ölüb
09:59 / 09-05-2025
Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət ediblər
09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
09:05 / 09-05-2025
Anqola prezidenti İlham Əliyevə zəng edib
08:55 / 09-05-2025
Putin qədəhini “Qələbə və Sülhün şərəfinə!” qaldırıb
08:50 / 09-05-2025
Bayden: Trampın hakimiyyətə gəlməsində məsuliyyətim var
08:45 / 09-05-2025
Rumiyna göndərdiyi yardıma görə Kiyevdən təzminat umur
08:29 / 09-05-2025
Tramp “Dünya gözəli”nin təkilatçısı kimi danışır
08:15 / 09-05-2025
Si Cinpin: “Böhranın səbəbləri aradan qaldırılmalıdır”
00:03 / 09-05-2025
Prezident Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib - Foto
23:44 / 08-05-2025
Pakistan Hindistana raketlərlə cavab verib
22:40 / 08-05-2025
BƏƏ prezidenti İlham Əliyevə zəng edib
21:05 / 08-05-2025
Məhkəmə: Kəlbəcərin işğalını əks etdirən videomaterial nümayiş olunub - (Yenilənib)
20:33 / 08-05-2025
Zəvvarlar üçün Həcc ayinlərinin vaxtı elan olunub
20:17 / 08-05-2025
Məşhur rejissor böyük faciəni ekranlaşdıracaq
19:31 / 08-05-2025
Putin və Si Cinpinin danışıqları 7 saatdan çox davam edib
18:40 / 08-05-2025
Pakistan Hindistanın 25 PUA-sını vurub
18:28 / 08-05-2025
95 milyard avroluq məhsula rüsum tətbiqinə hazırlaşırlar
13:21 / 07-05-2025

10:07 / 07-05-2025

17:04 / 07-05-2025

09:13 / 08-05-2025

17:30 / 08-05-2025

11:24 / 08-05-2025

20:00 / 10-05-2025

09:30 / 08-05-2025

09:47 / 07-05-2025

16:58 / 08-05-2025

11:56 / 07-05-2025

Psixoloq: “Narkotik asılılıq ən çox 15-16 yaşdan 24-25 yaşa qədər baş verir” - Müsahibə
Tarix: 27-07-2019 11:10 | Bölmə: Müsahibə

Rafiq Allahverdiyev deyir ki, yaş dövrünün tələblərinə uyğun olaraq yeniyetmələrə qayğı və sevginin azlığı onları yanlış dəyər axtarmağa sövq edir
Azərbaycan Respublikasının müvafiq qurumları narkotik maddələrin dövriyyəsinə, ondan istifadəyə qarşı müxtəlif mübarizə tədbirləri aparsa da, bunun daha ciddi təsirini görmək üçün cəmiyyətin ayrı-ayrı üzvləri, tanınmış və cəmiyyətdə nüfuz sahibi olan insanların və KİV-lərin də bu mübarizəyə qoşulması vacibdir.
Ölkəmizdə fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatlarının da narkotiklərə qarşı mübarizədə yer almaları müsbət haldır. Son vaxtlar “Azərbaycan Milli İnkişaf layihəsi” İctimai Birliyi də “Narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edən şəxslərin sağlam həyat tərzinə qaytarılması üçün təbliğat və maarifləndirmə işinin təşkili” layihəsini reallaşdırır. Layihənin eksperti, ASPERA Psixoloji Yardim və Nitq İnkisaf Mərkəzinin rəhbəri Rafiq Allahverdiyev deyir ki, yeniyetmələrin narkotik vasitələrə meyillənməsində valideynlərin də məsuliyyəti az deyildir.
- Rafiq müəllim, ilk olaraq ondan başlayaq ki, yeniyetməlik dövrünün psixoloji xüsusiyyətləri daha çox nələri tələb edir?
- Əslində yeniyetməlik dövrünün psixoloji xüsusiyyətlərinə uyğun olaraq yeniyetmələrdə həzz almaq, sevmək kimi hisslərə meyl güclü olur. Bu orqanizmin cavab reaksiyasıdır. Özünütəsdiq reaksiyası olduğu kimi, yeniyetməlik yaş dövrlərində də yaşın keçid həddi olduğu üçün, yəni yeniyetməlik yaş dövründən kişilik yaş dövrünə keçmə dövrü olduğu üçün orqanizmdə müəyyən hormonal balans əmələ gəlir. Ona görə də onlar həmin zərərli vərdişlərdə siqaret, alkoqollu içkilər, narkotik hallarından istifadəyə orqanizmin həssaslığı yüksək olduğu üçün aludə olurlar. Müşahidə etsək görərik ki, narkotik asılılıq ən çox 16 yaşdan sonra başlayır. Hətta, 15 yaşda deyərdim. Narkotik vasitələrdən asılılıq ən çox 15-16 yaşdan 24-25 yaşa qədər baş verir.
- Belə çıxır ki, bu yaş dövrlərində valideynlər daha diqqətli olmalıdırlar...
- Bilirsiniz, yaş dövrünün tələblərinə uyğun olaraq bütün yeniyetmə və uşaqların tələbatı eynidir. Qayğı, sevgi və onlara şəxsiyyət kimi yanaşmaq, hörmət etmək. Ailələrin müxtəlif olmasına baxmayaraq, bu, əksəriyyətdə belədir. Son dövrlərdə isə ailələrdə həmin emosional bağlılığın boşluğu, valideynin övladına vaxt ayıra bilməməsi, qarşılıqlı münasibətlər sisteminin tarazlaşmaması, qarşılıqlı hörmət hissinin itməsi, dəyərlərin formalaşmaması və eyni zamanda yeniyetmənin probleminə hörmətlə yanaşa bilməmək onlarda yanlış dəyər axtarma əmsalı əmələ gətirir. Yəni bu ailələrdə əmidən, dayıdan, xüsusi ilə də valideynlərdən görmək istədiyi, amma görmədiyi dəyərlər (hörmət, qayğı)... Əlbəttə, bəzən yeniyetmələr bu sahədə haqsız da ola bilərlər. Yəni onlar layiq olmadığı dərəcədə diqqəti görmədiyi üçün həmin saydığımız hissləri küçə mədəniyyətindən, sub-kultural bir cəmiyyətdə, özlərinin yaşıdları arasında yaranmış qruplaşmalardan almaq istəyirlər. Bu isə kriminal aləmlərdə və dini sektalarda formalaşır.
- Necə düşünürsünüz, diqqətsizlik onları “xoş olmayan” gələcəyə sürükləyir?
- Bir çox hallarda yeniyetmələr intellektindən, savadından və cinsindən asılı olmayaraq ailədən almaq istədiyi, almağa borclu olduğu, haqlı olduğu dəyərləri ala bilmədikdə bu yola baş vura bilirlər. Ədəbsiz, kobud olmağına baxmayaraq sevgi, qayğı istəyir. Bu zaman kriminal cəmiyyətə yönəlirlər. Bəzən özlərini təsdiq etmək, yaxud da özlərini qorumaq üçün kriminal, sub-kultural mədəniyyətə yönəlirlər. Digər bir cəmiyyətin üzvü olurlar ki, məni qorusunlar, şəxsiyyət olaraq özümü təsdiq edim və s. Və bu hallarda özlərini həmin o cəmiyyətdə formalaşan dini tərəfə yönələndə narkotik olmur, onlar dini fanatizm istiqamətə yönəlirlər, radikal cəmiyyətlərə gedib çıxa bilirlər. Kriminal meylli cəmiyyətlərdə isə siqaret, tütün və narkotik var. Orada ən güclü insan şəxsiyyətini yanlış olaraq təsdiq edən narkotik olduğuna görə daha tez zövqə çatmaq, qarşıda qoyulmuş plana daha tez çatmaq asan olan bir hal narkotikdir. Tədricən bir dəfə yoxladıqdan sonra görürük ki, artıq cəmiyyət onu qəbul edib, o tək deyil, onu dəyərləndirirlər və nəticədə yeniyetmə özünü tək hesab etmir. Ailələrdə özünü emosional baxımdan tək hesab edən yeniyetmə özünü tək hiss etmədiyi cəmiyyətin bir üzvü olmaq istəyir. Orada isə onun aləmində təsdiq narkotikdir. Bəzən cəmiyyətdə nəzarətdən kənar olanların hamısı ədəbli qrup olmur.
- Necə edək ki, yeniyetmələri narkotikdən yayındıraq, Siz bunun yolunu nədə görürsünüz?
- İlk növbədə emosional tarazlığı balanslaşdırmaq, intellekt səviyyəsini gücləndirmək və fiziki hazırlığı, idmana meyli artırmaq lazımdır. Bunlar təbii və effektli vasitələrdir. İlk növbədə yeniyetmədə bu vərdişi formalaşdırmaq lazımdır. Bu zaman yeniyetmələrdə mütləq qaydada rəğbətləndirmə halları olmalıdır. Doğru, sağlam rəqabət və rəğbətləndirmə halları yeniyetmələrdə asudə vaxtın səmərəli təşkilinə həvəs yaradır, onlarda motivasiyasını gücləndirir. Yəni özünü hansı istiqamətdə yararlı hesab edir. Çünki əksər yeniyetmələrin təhsilə marağı olmur, yaxşı oxuya bilmir. Amma valideynlər bunun öhdəsindən gələ bilmədiyi üçün cəzalandırır. “Sən pis oxuyursan”, “Sən pis uşaqsan”, “Səndən heç nə olmayacaq” kimi cümlələr qururlar. Amma uşaqların bilik və bacarığına, onların bacarıqlarına, istiqamətlərinə doğru yanaşanda, hansı yeniyetmə nə istiqamətdə daha çoxluq göstərə bilirsə, valideyn onu qiymətləndirib, rəğbətləndirəndə uşaqlarda yararlılıq əmsalı əmələ gəlir. “Mən nədə yararlıyam və mən yararlı olduğun sahədə qiymətləndirilirəm”, - deyə düşünməyə başlayır. Həmin uşaqlar qismən narkotik asılılığından, narkotikdən istifadə edənlərdən uzaqlaşacaqlar. Bu, narkotikdən insanları, yeniyetmələri yayındırmağın ən əlverişli yoludur.
- Rafiq müəllim, müşahidələr göstərir ki, yeniyetmələr yanlış olaraq həmişə özlərini haqlı hesab edirlər...
- Yeniyetməlik yaş dövrünün psixoloji tərəflərinin təməlində haqlı və ədalətli olmaq dayanır. Yeniyetmələr yanlış olaraq nəyisə haqlı hesab edə bilərlər. Hansı hərəkətləri haqlı hesab edirlərsə, orada verdikləri qərarı da ədalətli hesab edirlər. Amma bəzən mədəni-kütləvi tədbirlər, idman, incəsənət, təhsil, əxlaqi, dini dəyərlər və bu kimi istiqamətlərə yönəlmədikdə, həmin istiqamətdə haqq tapa bilmədikdə, onlar özlərinin hesab etdikləri, haqlı olduqları bir şeyi, qərarı ədalət hesab edirlər. Və ona görə də yeniyetməlik yaş dövrlərinə xarakterik keyfiyyət olan psixoloji bir proses, xassə olan haqlı, ədalətli olmaq prinsipləri onlarda daha çox üstün olduqlarına görə kriminal aləmdə, küçə mədəniyyətində ədalət anlayışı çoxdur. Fikir versək görərik ki, yeniyetmələr dostlarını müdafiə etməklə guya zəifin tərəfində dururlar. Bəlkə həmin adam haqsız iş görüb, amma bunlar onu haqlı hesab edir, onun yanında olurlar. Ədalətsiz hesab etdikləri üçün bunlar o mədəniyyətə daha çox üstünlük verən, həbsxana qanunlarına, kriminal qanunları ilə möhkəmlənən küçə mədəniyyətinə meylli olurlar. Və bu küçə mədəniyyətində guya haqqı, ədaləti tapır. Ona görə də “küçə mədəniyyətinin simptomları”ndan biri olan siqaret çəkmək kimi vərdişə aludə olurlar. Ona görə də onlar narkotikdən vasitə kimi istifadə edir, sonradan isə təəssüf ki, aludəçisinə çevrilirlər.
Aygün NƏBİ
Bu müsahibə “Azərbaycan Milli İnkişaf layihəsi” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edən şəxslərin sağlam həyat tərzinə qaytarılması üçün təbliğat və maarifləndirmə işinin təşkili” layihə çərçivəsində çap olunur.
Bölməyə aid digər xəbərlər

1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."
25-10-2022, 08:35
Politoloq: “Rusiya və İran Azərbaycanda nələrəsə nail olmağa çalışsa da...” - Müsahibə
21-10-2022, 13:42
Vahid Əhmədov: “Heç kim bahalaşmanın qarşısını ala bilmir” - Müsahibə
15-10-2022, 09:58
Deputat: “Rusiya ilə məsələni konkretləşdirməyin vaxtı çatıb” - Müsahibə