13:47 / 30-01-2026
Avropanın ən varlı ölkəsi təhlükəsizliyə görə vergiləri artıracaq
13:35 / 30-01-2026
Tramp Çinə görə Britaniyanı təhdid edir
13:26 / 30-01-2026
Yeni ilin ilk “Ulduz”u çap olunub - Foto
13:22 / 30-01-2026
"Bandotdel”dən əməliyyat: saxlanılanlar var - Foto
13:20 / 30-01-2026
Zelenski Moskvada Putinlə görüşü istisna edib
13:06 / 30-01-2026
ABŞ Yaxın Şərqə əlavə qüvvə göndərir
12:53 / 30-01-2026
Ukrayna ordusunda fərarilərin sayı artır
12:45 / 30-01-2026
Qumar oyunları: 428 internet resursuna giriş məhdudlaşdırılıb
12:42 / 30-01-2026
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
12:36 / 30-01-2026
Sabah hava necə olacaq? - Proqnoz
12:29 / 30-01-2026
Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç karvanları gedib
12:20 / 30-01-2026
Nazirliyin əməkdaşı 18 kq qızılla tutulub
12:09 / 30-01-2026
ABŞ müdafiə naziri NATO-nun əsas görüşündə iştirakdan imtina edib
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
11:34 / 30-01-2026
Azərbaycan UEFA reytinqində irəliləyib
11:21 / 30-01-2026
Sahibə Qafarovaya ağır itki üz verib
11:01 / 30-01-2026
Tanınmış iş adamı həbs olunub - Səbəb
10:57 / 30-01-2026
Ağ ev münaqişəni sona çatdırmağa tələsir
10:47 / 30-01-2026
Bakıda binanın birinci mərtəbəsində blok çöküb
10:37 / 30-01-2026
Bayden Ağ evdən cəmi iki hədiyyəsini aparıb
10:23 / 30-01-2026
Agentlik sədrinin müavini vəzifədən azad edilib
10:22 / 30-01-2026
İndoneziyada Semeru vulkanı püskürüb
10:13 / 30-01-2026
Tramp sülhün əldə olunacağına əmindir
10:12 / 30-01-2026
Abşeronun prokuroru vəzifəsindən azad olunub
10:05 / 30-01-2026
Vəzifəli şəxslər saxlanılıb - Foto
09:55 / 30-01-2026
Rusiya BMT-dən nəyi xahiş edir?
09:46 / 30-01-2026
Ərdoğan: Türk dünyası XXI əsrə öz izini qoyacaq
07:31 / 30-01-2026
Kvant kompüterində "zaman kristalı" yaradılıb
13:37 / 28-01-2026
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
16:16 / 26-01-2026
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
16:54 / 27-01-2026
Prezident iki nazir müavini təyin edib - Fotolar
11:08 / 27-01-2026
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
13:38 / 28-01-2026
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
17:21 / 26-01-2026
Nazir müavinlərinin sayı artırılıb
15:06 / 27-01-2026
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
11:59 / 26-01-2026
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
14:09 / 28-01-2026
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
14:42 / 26-01-2026
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
Partiya sədri: “Hakimiyyətə və YAP-a uduzmaq fikrim yoxdur” - Müsahibə
Tarix: 17-02-2018 11:30 | Bölmə: Müsahibə

Əli Əliyev prezidentliyə namizəd olmaq üçün partiyanın qərarını gözləyir
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev İran səfərindən qayıdıb. Əli Əliyev “Yeni Müsavat”ın səfərlə bağlı suallarını cavablandırıb.
Reyting.az saytı Ə.Əliyevin müsahibəsini təqdim edir:
- İran səfəriniz necə keçdi? İrana bundan əvvəl getmişdinizmi? Səfərdə rəsmi dairələrlə görüşlər oldu?
- Bu, İrana ilk səfərim idi. Səfər İran İslam Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təşkil edilmiş, İranın Azərbaycandakı səfirliyi vasitəsilə bizə çatdırılmışdı.
Qeyd edim ki, səfər boyu İran hökümətinin yüksək diqqətini üzərimizdə duymuşuq. Tehran hava limanında qarşılanmadan son ana qədər xüsusi ehtiram və hörmət gördük. Qəzetiniz vasitəsilə bu səfəri təşkil etmiş və əziyyəti keçmiş bütün iranlı dostlarımıza minnətdarlıq bildirməyi özümə borc bilirəm.
Görüşlərimiz bizə verilmiş proqrama tam uyğun olmasa da, normal səviyyədə hazırlanmışdı. İlk təqdim olunmuş proqramda prezident Ruhaninin təşkil edəcəyi qəbulda iştirak, deputatlar və Parlament rəsmiləri ilə görüşlər nəzərdə tutulsa da, səfər zamanı bir sıra korrektələrin şahidi olduq. Misal üçün, bayram tədbirləri ilə əlaqədar qəbulda deyil, mitinq zamanı dövlət lojasında prezident Ruhani başda olmaqla İran siyasi və dini rəhbərliyinin iştirakını izlədik.
Parlamentdə İnsan haqları komissiyasının sədri ilə görüş nəzərdə tutulsa da, parlament sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi, yüksək diplomatik nəzakət qaydalarına sahib Hüseyn Amirabdullahiyanla görüşdük.
Parlamentdə türkdilli deputatlarla görüş planlaşdırılsa da, görüşümüz İran qanunverici orqanında 50 deputat, o cümlədən Azərbaycan bölgələrindən olan millət vəkillərinin təmsil olunduğu fraksiyanın mənsub olduğu Motalefeh partiyasında rəhbərliklə görüşdük.
İran Dövlət televiziyasının türkdilli proqramlarında canlı yayıma çıxdıq.
90-cı illərdə Qarabağ müharibəsində iştirak etmiş 2 iranlı türk əsilli generalla görüşümüz oldu.
Məşhəd şəhərinə maraqlı ziyarətimiz oldu.
Bu proqram dəyişiklərinin səbəbi İranda bayram tədbirləri ilə bağlı idi. İranlıların öz milli çıxarlarına münasibətinin canlı şahidi olduq. Xüsusən 11 Fevral - İnqilab Günü münasibətilə sadə insanların küçələrdə izdihamına baxdıq. Son hadisələr fonunda iranlılar potensial rəqiblərinə etirazlarını göstərirdilər. Çox möhtəşəm və həsəd aparılası mənzərə idi. Ümumiləşdirərək onu deyə bilərəm ki, səfər haqda rəyim və təəssüratlarım çox müsbətdir.
- ADP sədrindən və Sizdən başqa hansı partiya sədrlərinin dəvət olunduğu haqda məlumatınız var idi?
- Bu dəvət 2 partiyanın - ADP və VİP-in dəvəti idi. Məlumat aldıq ki, səfərdə olduğumuz zaman mətbuatda qeyri-dəqiq məlumatlar yayılmışdı. Bu bizim 2 partiyanın İrana rəsmi dəvəti idi.
- Azərbaycandakı seçkilər barədə hansısa formada fikir mübadiləsi oldumu?
- Seçkilər müzakirə olunmadı. Heç bir təmasda Azərbaycanın daxilindəki məsələlər müzakirə edilmədi.
- Seçki öncəsi prezidentliyə namizəd Əli Əliyev İrana getməklə risk etmiş sayıla bilərmi? Sizə qarşı “İrana işləyir” kampaniyası aparıla biləcəyindən narahat deyilsiniz?
- Heç bir risk görmürəm bu səfərdə. Biz kimin nə deyəcəyi ilə hərəkət etmirik, düz bildiyimizi edirik. Dəvət olunmuşuq, sayılmışıq, getmişik. Hara dəvət alsaq, eyni münasibəti göstərəcəyik.
Seçki gündəliyi dəyişdiyindən planlarımızı aça bilərəm. Qərargahımızın mənim namizəd olaraq 5 paytaxta nəzərdə tutulan planı var idi. 5-indən 3-ü qonşu dövlətlərin əsas şəhərləri - Ankara, Tehran, Moskva idi. Daha 2 şəhər Vaşinqton və Brüssel idi. Planlayırdıq ki, seçki təqviminin normal gedişində hər 5 paytaxtı ziyarət edək. Tehran baş tutdu. Görək seçkidə iştirak qərarımız olsa, daha hansı səfəri reallaşdıracayıq.
Harasa işləməyə gəldikdə, biz fəaliyyətimizlə sübut etmişik ki, yalnız Azərbaycana və onun maraqlarına xidmət edirik. Belə fikirləri yalnız özləri casusluq edənlər söyləyə bilər. Çünki təhtəlşüurlarında kim olduqlarını bildiklərindən, başqalarını da eyni görməyə cəhd edirlər. Biz belələrindən çəkinmirik.
Bu səfər haqda bir fikri də bildirmək istəyirəm. Hökumətimiz Azərbaycanda müxalifətin olmadığını bildirsə də, rəsmi dəvət almağımız qonşu dövlət tərəfindən bu fikrin yanlış olduğunun sübutudur. Bizim yalnız dəvət olunmağımız isə sübut edir ki, kifayət qədər potensiala və gücə malik ən çox azərbaycanlının yaşadığı və idarə olunmasında yaxından iştirak edən dövlət bizim partiya və siyasətçilər olaraq potensialımızı qəbul və etiraf edir. Buna yalnız sevinə bilərik.
İrana münasibətə gəldikdə isə onu deyə bilərəm ki, bu beynəlxalq vektora münasibət müxalifətimizin iqtidara uduzduğu mühüm istiqamətlərdən biridir. Mənim isə bu hakimiyyətə, yəni YAP-a uduzmaq fikrim yoxdur.
- Azərbaycan türkləri ilə təmaslarınız oldu? İrandakı prosesləri necə gördünüz?
- Təmaslarımız oldu. Rəsmi söhbətlərimiz də oldu.
İran reallığı fərqlidir. Hər iş biz düşündüyümüz kimi deyil. Fərqli nüanslar var İran reallığında. Biz siyasətdə emosiyalarla deyil, real situasiya ilə hesablaşmalıyıq. Siyasət şeir yazmaq deyil. Bu sənət daha soyuq yanaşma sevir. Bu yanaşma isə, Cənubda olanları düzgün təhlildən keçir.
İran dünya siyasətində öz yeri və təsiri olan nəhəng dövlətdir. Orada ən yüksək vəzifədə-İranın Ali dini rəhbəri Xameneyi Azərbaycan türküdür. Bu faktı diqqətdən qaçırmamalıyıq. İran bizim tarixən bağlı olduğumuz ən yaxın siyasi coğrafiyadır. Unutmayaq ki, orada son minillikdən yaradılmış nəhəng imperiyalar bizim qurduğumuz siyasi quruluşlardır. Oranın əsas sülalələri və imperatorları türklər-soydaşlarımız olublar. Ona görə də İran İslam Respublikası daha fərqli münasibət istəyir. Azərbaycanın dövlətçilik maraqları bunu tələb edir.
- Seçkidə namizədliyinizi verməklə bağlı son qərarınız nə vaxt olacaq?
- Özüm birmənalı şəkildə seçkidə iştirakın tərəfdarıyam. Lakin prezident seçkiləri miqyaslı işdir. Burada yüzlərlə insan imza toplamalı, enerji məsrəf etməli, fəaliyyət göstərməlidir. 2013-cü ildə bu işi fəallarımız təkbaşına yüksək səviyyədə görə bildilər. Lakin həmişəki kimi yenə bizi haqsız olaraq kənarda saxladılar. Bizim opponentliyimiz onları narahat edir. Başqa izahat tapa bilmirəm onların davranışına. Ona görə də 11 fevral tarixində keçirilən Məclis toplantısında konsensus əldə edilməyib. İştirakçıların əhəmiyyətli hissəsi seçkiyə qatılmamaq mövqeyində olublar. Mən səfərdə olduğumdan prosesə qatılmamışdım, təsirə də cəhd göstərməmişdim. İstəyirdim ki, daxildə rəyi bilim. Çünki insanların fikri çox mühümdür. Sağ olsunlar, məni gözləməyə qərar veriblər.
Fevralın 18-də iclas davam edəcək. Açığı, əksəriyyətə təzyiq etməyəcəyəm. Belə şəraitdə, könülsüz fəaliyyət yalnız ziyan verə bilər. Ona görə də çalışacağam ki, əksəriyyət könüllü şəkildə münasibətini tam açıq şəkildə ortaya qoysun. Nə nəticə ərsəyə gələcək, həmin Məclis iclasından sonra biləcəyik.
Bölməyə aid digər xəbərlər

26-01-2026, 16:16
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
21-01-2026, 17:35
Qurban Qurbanov: Rəqiblər artıq bizi daha ciddi qəbul edirlər - Müsahibə
15-01-2026, 16:21
Cəlaloğlu: Hadisələr bir qədər də inkişaf etsə, İranın parçalanması gündəmə gələcək - Müsahibə
16-12-2025, 17:49
Abdulla: Yeni “Klinik A” teatrında tamaşa yox, seans olacaq - Müsahibə
29-10-2025, 14:34
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə

“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər