Rusiyada strateji aviasiya ilə bağlı problem yaranıb
Tarix: 26-07-2023 20:22 | Bölmə: Xəbərlər / Dünya
Rusiyada strateji aviasiya ilə bağlı problem yaranıb

Rusiya Federasiyasının Ukrayna ərazisinə zərbələr endirmək üçün istifadə etdiyi strateji bombardmançı təyyarələrlə bağlı problemləri artır və onların kifayət qədər təchizatı yoxdur.

Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının sözçüsü Andrey Kovalyev deyib.

“Beynəlxalq sanksiyalara görə, Rusiya işğalçıları silahla, ilk növbədə, hərbi təyyarələrlə bağlı real problemlər yaşayırlar”,- hərbçi iddia edib.

Onun sözlərinə görə, ruslar Xansk aviabazasında “Tu-22 M3” və “Tu-95 MR” təyyarələri üçün pilotların hazırlanmasına başlayıblar. Proses 6 ay davam edəcək. Kovalyev izah edib ki, səbəb təyyarələr, ilk növbədə “Tu-22 M3” üçün uçuşa yararlılıq qaydalarının uzadılması ilə bağlı problemlərdir. Onların əksəriyyətini istismar müddəti ötmüş bort sistemləri təşkil edir.

“Ruslar xaricdə yeni komponentlər ala bilmirlər və özləri də uzun müddətdir ki, belə hissələri istehsal etmirlər, ona görə də belə təyyarələrin təhlükəsiz istismarı davam edə bilməz”, - deyə spiker yekunlaşdırıb.

Qeyd edək ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müharibəyə başlamasından dörd ay sonra Rusiya aviasiya ilə bağlı problemlərlə üzləşib. Rusiya Federasiyasının müdafiə müəssisələri öz təyyarələri üçün yüzlərlə komponentin analoqlarını axtarmağa başlayıblar.

Bundan əlavə, Rusiyada Federal Hava Nəqliyyatı Agentliyinin uçuş məktəblərində təlim təyyarələrinin yarısı sanksiyaların tətbiqindən sonra sıradan çıxıb. Bu il məlum olub ki, Rusiya il boyu 30 faiz helikoptersiz qala bilər. Bu, mühərriklərin və digər komponentlərin təchizatı ilə bağlı problem həll edilmədikdə baş verəcəkdir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər