17:47 / 18-09-2025
Müğənni cinsi təcavüzdə təqsirli bilinib - Video
17:38 / 18-09-2025
Yılmaz Vural baş məşqçi təyin olunub
17:16 / 18-09-2025
Yeni film tənqidçilərdən yüksək qiymət alıb - Foto
17:08 / 18-09-2025
Oleq Bakinskinin şikayəti təmin olunmayıb
17:00 / 18-09-2025
Rusiya və Ukrayna hərbçilərin meyitlərini mübadilə edib
16:54 / 18-09-2025
Xalq artisti xəstəxanadan evə buraxılıb
16:37 / 18-09-2025
Prezident Memar Əcəminin adibəsinin ucaldılması ilə bağlı sərəncam imzalayıb
16:32 / 18-09-2025
Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
16:21 / 18-09-2025
İlham Əliyev BP şirkətinin rəsmisini təltif edib
16:11 / 18-09-2025
Əkrəm Həsənov: “Qeyri-rəsmi işçilərin sayı artacaq”
15:40 / 18-09-2025
Bakıda iş yerində yıxılan qadın ölüb
15:33 / 18-09-2025
Beyləqanda ər arvadını bıçaqlayıb
15:25 / 18-09-2025
"İmişli" klubu AFFA-nın qərarından narazı qalıb
15:15 / 18-09-2025
Milli Məclisdə tələbələrin iştirakı ilə ictimai dinləmə keçiriləcək
15:04 / 18-09-2025
"Plastik cərrah"la bağlı sensasiyalı xəbər yayılıb
14:30 / 18-09-2025
Paşinyan: "İranla sərhəd körpüsünün tikintisi gündəlikdə qalır"
14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
14:14 / 18-09-2025
Taylandla Kamboca arasında gərginlik yenidən artıb
13:42 / 18-09-2025
Bişkekdə TDT ölkələrinin hökumət başçılarının görüşü başlayıb
13:20 / 18-09-2025
Su problemi milyardlarla insanı risk altında qoyur
13:09 / 18-09-2025
Naxçıvanda kişi geyimində oğurluq edən qadın tutulub
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:49 / 18-09-2025
İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib - Fotolar
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
12:36 / 18-09-2025
Azərbaycan yığması 124-cü sıraya yüksəlib
12:30 / 18-09-2025
"Grok 5" ümumi süni intellekt sistemi olacaq - Foto
12:24 / 18-09-2025
Bakıya əlavə yol-patrul naryadları cəlb ediblər
12:16 / 18-09-2025
Dronlar Rusiyaya zərbələr endirib
12:08 / 18-09-2025
Əli Əsədov Qırğızıstana gedib
12:08 / 18-09-2025
Dünyanın ən böyük polad sifarişi veriləcək - Fotolar
13:31 / 16-09-2025

20:48 / 13-09-2025

18:40 / 14-09-2025

13:50 / 14-09-2025

15:37 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:39 / 16-09-2025

00:04 / 16-09-2025

22:16 / 17-09-2025

Təzyiq dərmanı sonraya qaldı - A.Cabbarlı yazır
Tarix: 11-04-2019 14:42 | Bölmə: Akif CABBARLI

(Həyat etüdləri)
Dumanlı, azacıq da çiskinli bir yaz günü adəti üzrə evdəkilərdən xeyli tez yatağından qalxıb əl-üzünü yudu, sonra bir stəkan çay içib həyətə düşdü. Yaxın-yörədə heç kim gözə dəymirdi. Görünür, havanın soyuq olması, çiskinin də yavaş-yavaş yağışa çevrilmə ehtimalı tay-tuşlarının həyətə çıxmasını hələ ki, ləngidirdi. Yadına düşdü ki, aptekə getməli, dünən axşam tanış həkiminin telefonla dediyi dərmanları almalıdır. Yoxsa yenə qan təzyiqi kəllə-çarxa qalxacaq, həyat yoldaşını da, uşaqları da bərk qorxudacaqdı. Ürəyindən yenə həmişəki duyğular keçdi: “Namiq, yekə kişisən, ayağını möhkəm dirə, ölüb-eləmə. Qəbir yeri bahalaşıb, ehsan vermək çətinləşib, məzar daşını düzəltdirmək də xeyli vəsait istəyir. Cibindəki siçanlar da perik düşüb. Uşaqların özünü güclə saxlayır. Hələ bir səbir elə, sonra da ki, gördün ölməyin gəlir, Hindistandakı fillər ölməyə meşəyə getdikləri kimi, çıx get dədənin kəndinə. Camaat elliklə, dədə-baba adətləri üzrə səni o tərəfə yola salar. Yoxsa şəhərdə çətin olacaq, vallah”.
Sonra öz-özünə mızıldandı: “Kəndə kimi üstünə gedirsən, ey... Atandan, anandan sonra o qapını nə vaxt ürəklə açmısan? Qazananda, əlin pul gətirəndə qohum-qardaş səni gülə-gülə qarşılayır, gülə-gülə də (pay-pürüşsüz də olsa) yola salırdılar. İndi pensiyaçı adamsan, başını birtəhər girləyirsən. Zənbilin yüngülləşdikcə sənə kənddə göstərilən münasibət də avazıyır, solğunlaşır. Niyə başa düşmürsən, anlamırsan axı bütün olub-keçənləri? Bağ, ərik, salam-əleyk və ədəbiyyatımızın digər məsələləri deyib özün izah eləmirdin bunları?”.
Namiq müəllim gərgin suallarla baş-başa həyətdən çıxhaçıxda yanında iri, lap vaqon boyda bir “CEEP” dayandı. Sükanın arxasındakı yekəpər adam pəncərənin şüşəsini aşağı salıb xırıltılı səslə nərildədi:
- Namiq müəllim, hara belə səhər-səhər? Sənin indi evdə oturan vaxtındır. Sonra yolda-rizdə...
Kişi dinmədi, amma dəqiq bilirdi ki, sadəcə üzdən tanıdığı bu kəlpeysər sözünü necə tamamlamaq istəyirdi; yəni yolda-rizdə ölüb-eləyərsən, yiyə duran da olmaz. Namiq müəllim maşındakına zəndlə baxıb kim olduğunu dəqiqləşdirməyə çalışırdı; - hə, hə, tanıdım, qonşu binada olur. Bizim sahənin adamıdır, amma cavan da olsa, özünə bir gün ağlayan, döşəyinin altını vaxtında dolduranlardandır deyəsən...
Maşındakı adam əlini qoltuq cibinə salıb bir topa dəvətnamə çıxartdı. Birinin üstünü hıqqana-hıqqana oxuyub, sonra kişiyə uzatdı:
- Ağsaqqal, üç gündən sonra gədənin toyudur. Gələrsən. Qoy mənim məclisimdə görsünlər ki, heç kimə fərq qoymuram, sənin kimi izvestni (yəni ki, tanınmış – A.C.) adamları da çağırıram.
Namiq müəllim dəvətnaməni aldı, amma qonşunun ikibaşlı cümləsinə görə qanı bərk qaraldı, səbrini basmalı oldu. Daha aptekə gedəsi olmadı. Arxasını heç vaxt yerə verməyən, pulsuzluğa, imkansızlığa görə özünü sındırmayan kişi yarı yoldan evə qayıtdı. Portmanatındakı olub-qalan əlli manatlıq əskinası çıxarıb yalnız xeyirə-şərə geyindiyi nimdaş pencəyinin cibinə qoydu. Soyuducudan bir limon çıxarıb dilimlədi; - hələ ki, təzyiqimi limonla-zadla yoluna qoyum, sonrasına Allah kərimdir deyib, televizorun düyməsini basdı.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif CABBARLI
Bölməyə aid digər xəbərlər
9-09-2024, 12:18
Akif CABBARLI - Kəlbəcərə gedə bilmədi, doğmalarının qəlbində yuva qurdu - Akif Cabbarlı yazır
14-07-2022, 10:47
Akif CABBARLI - Səfərin uğurlu olsun, yollarına günəş doğsun - Akif Cabbarlı yazır
26-11-2021, 11:35
Akif CABBARLI - Vicdan borcu - Kənan Hacı yeni romanında məhz bu prinsipi önə çəkir
15-07-2020, 13:02
Akif CABBARLI - Şəhid general-mayor Polad Həşimova açıq məktub - Akif Cabbarlı yazır