21:16 / 11-07-2025
Xocalı soyqırımı zamanı girov götürülmüş qadın: "Yaşyarımlıq oğlum..." - (Yenilənib)
19:05 / 11-07-2025
"Qarabağ" klubu növbəti yoxlama oyununda qalib gəlib
18:06 / 11-07-2025
İqtisadi Şuranın iclası keçirilib
18:02 / 11-07-2025
Maliyyə Nazirliyi depozit hərracları keçirib
17:59 / 11-07-2025
Yerə düşən Mars parçası satışa çıxarılır
17:47 / 11-07-2025
Könül İbrahimlinin ölümü ilə bağlı cinayət işi açılıb
17:45 / 11-07-2025
Fransada üç deputatın mandatı ləğv edilib
17:37 / 11-07-2025
Kim Çen In Putinə nə qədər sursat verir?
17:32 / 11-07-2025
Aİ Azərbaycan və Ermənistana çağırış edib: sülh sazişini tezləşdirin!
17:24 / 11-07-2025
Bakı və daha üç bölgədə yaşıllıqlar məhv edilib
17:08 / 11-07-2025
Böyük şəhərlərdə pensiyalar verilir
17:01 / 11-07-2025
Miqrasiya Xidməti əməkdaşlarının geyim forması dəyişib - Fərman
16:57 / 11-07-2025
Prorektor vəzifədən azad olunub
16:56 / 11-07-2025
Rusiya Polşanın Baş Konsulluğunu bağlayır
16:32 / 11-07-2025
Ağsaqqallar Şurasının sədr müavini mıəhkəmədə dindiriləcək
16:06 / 11-07-2025
Ekspert: “Əgər məsuliyyətə cəlb olunmalı bir nəfər varsa, o da Emin Əmrullayevdir"
15:45 / 11-07-2025
"Karvan" daha bir futbolçu ilə anlaşıb
15:41 / 11-07-2025
Havanın temperaturu 41 dərəcəyə qalxacaq - Xəbərdarlıq
15:06 / 11-07-2025
Sosial xidmət müəssisələrinə nəzarət qrupu yaradılır
14:35 / 11-07-2025
Azərbaycan I Liqasının başlama tarixi bəlli olub
14:33 / 11-07-2025
Azərbaycanın daha iki abidəsi UNESCO-nun siyahısına daxil edilib - Foto
14:09 / 11-07-2025
Mollazadə: “Danışıqlardan müsbət nəticə gözləyirik”
13:51 / 11-07-2025
Cəlaloğlu: Vasitəçilər olmadan belə bir görüşün baş tutması böyük əhəmiyyətə malikdir
13:50 / 11-07-2025
"2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun təsdiqlənib
13:45 / 11-07-2025
Dövlət Neft Fondunun büdcəsinin icrası haqqında sərəncam imzalanıb
13:38 / 11-07-2025
Ukrayna üçün final faciəli olacaq
13:03 / 11-07-2025
Hovuzlarla bağlı yeni qadağa tətbiq edilib
13:03 / 11-07-2025
Sabah hava necə olacaq? - Proqnoz
12:58 / 11-07-2025
Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlanıb
12:55 / 11-07-2025
Putin uzunmüddətli müharibəyə hazırlaşır
12:16 / 08-07-2025

15:10 / 07-07-2025

14:53 / 10-07-2025

13:25 / 08-07-2025

17:43 / 07-07-2025

11:01 / 07-07-2025

18:33 / 07-07-2025

17:07 / 08-07-2025

14:27 / 09-07-2025

00:11 / 11-07-2025

14:39 / 07-07-2025

11:36 / 07-07-2025

Talanan sərvət ... - M.Əliyeva yazır
Tarix: 20-11-2018 16:52 | Bölmə: Mətanət ƏLİYEVA

70 illik sovet hakimiyyəti dövründə Azərbaycanda nisyə dəftəri olmayıb. Amma 25 illik YAP hakimiyyəti bizi 100 il geri atdı. Artıq Azərbaycanda bu gün də 20-ci əsrin əvvəlində olduğu kimi nisyə dəftərləri var. Demək olar ki, əsasən bölgələrdə əhalinin 50 faizə yaxını mağazalardan ərzağı nisyə alır.
20-ci əsrin əvvəllərində - Böyük Oktyabr sosialist inqilabı ərəfəsində də Azərbaycanda nisyə dəftərləri olub. Mazutun içərisində işləyən fəhlələr ərzağı nisyə alır, geyinməyə paltar tapmırdılar. Ölkədə qumarbazlıq, homoseksualizm baş alıb gedirdi. Bunlar Bakı milyonçusu Şəmsi Əsədullayevin nəvəsi Baninin (Ümbülbani) “Qafqaz günləri” və “Paris günləri” əsərlərində öz əksini tapıb.
Neft milyonçuları əcnəbi məşuqələrini brilyantın içərisində saxlayırdılar. Hacı Zeynalabdin Tağıyevin ikinci həyat yoldaşı Sara Tağıyeva kimi milyonçu xanımları brilyantlarını nümayiş etdirmək üçün xeyriyyə tədbirləri keçirirdilər.
Tarix necə də təkrar olunur. Təkrarın hələ ardı da var. Hacının nəvəsi yerində olan Sara xanım onun gəlininin bacısı idi. Sara xanımla evlənəndən sonra Hacı əvvəlki həyat yoldaşından və övladlarından imtina etmişdi. Sara xanım cavan mühəndislə Hacıya xəyanət etdiyi üçün iş məhkəməyə gedib çıxmışdı. Yalançı xeyirxahlıq Allah tərəfindən qəbul olunmadı, Sara xanım dilənçi oldu, övladları yoxsul və faciəvi həyat yaşadılar.
Rayonlardakı nisyə dəftərləri barədə müxtəlif rəvayətlər danışırlar. Rusiyada yaşayan bir nəfər azərbaycanlı iş adamı rayona gəlir, mağazadan nisyə dəftərini alır və bütün borcları ödəyir.
Sonradan həmin rayondan bir məmur həcc ziyarətinə gedir. Qayıdanda mağazaya gəlib nisyə dəftərini istəyir. Satıcı elə bilir ki, Hacı borcları bağlayacaq. Hacı dəftəri açıb deyir:
“Bundan sonra mənim adımı “Hacı Əhməd” yaz”.
Bu əhvalatı danışanlar ümidlə gözləyirdilər ki, yenə kimsə gəlib nisyə dəftərindəki borcları ödəyəcək.
Bizim hökümətimiz də imkansızlara yardım edir. İddialara görə, sosial yardım adı ilə verilən pulun 6 ayını hansısa məmur götürür, 6 ayını kasıba verirlər.
Büdcə layihəsinin müzakirəsindən məlum oldu ki, 2019-cu ildə də ölkəmizdə icbari tibbi sığorta tətbiq olunmayacaq.
Keçən ay rayonda dəhşətli bir xəbər eşitdim. Sinif yoldaşım xərçəng xəstəsidir. Onun müalicə xərclərini ödəmək üçün 25 yaşlı oğlu mağazada yükdaşıyan işləyirdi. Oğlan qrip olub, xəstə-xəstə yük daşımağında davam edib. Xəstəliyi şiddətlənib, həkim müalicə yazsa da, qazancını anasının müalicəsinə versin deyə xəstəliyini evdəkilərdən gizlədib. Evdəkilər görəndə ki, gəncin halı pisləşib, onu təcili Bakıya çatdırmaq istəyərkən oğlan yolda vəfat edib.
Qonşuluqdakı üç uşaq anası olan gənc qadın isə arzuolunmaz hamiləlikdən qurtulmaq üçün aptekdən alıb qəbul elədiyi dərman onun ölümünə səbəb olub. Belə hallar aborta pul tapmayan, hamiləlikdən qorunmaq üsullarını bilməyən gənc qadınlar arasında tez-tez baş verir.
Rayondakı başqa bir qonşumuz isə oğlu narkoman olduğu üçün sentyabr ayında özünü yandırmaqla intihar etdi.
Bütün bunların ölkəni idarə edən məmurlara heç bir dəxli yoxdur. Onlar özləri üçün ayrıca məktəblər, xəstəxanalar, universitetlər, uşaq bağçaları, restoranlar açıblar. Kasıblarla varlılar arasındakı dərin uçurum da varlıları qane etmir. Məmurların əksəriyyəti xaricdə ev alıb övladlarını ora göndərirlər. Azərbaycanda varlı məmur ailəsi, demək olar ki, az qalıb. Yəqin həmin məmurlar Azərbaycanın xoş gələcəyini görmədikləri üçün övladlarını ölkədən çıxarırlar.
Bu yandan da qazın, benzinin qiymətin qaldırırlar ki, guya sosial ədaləti bərpa edirlər. Qaza limit qoyanda isə dedilər ki, bunun səbəbi məmurların villalarında çox qaz işlətməsidir. Limit kasıbları yenidən kərmə yandırmağa məcbur etdi, məmurlar isə itkini doldurmaq üçün rüşvətxorluğun miqyasını genişləndirdilər. Sanki bizim hökumətdə sosial ədaləti bərpa etmək üçün korrupsiyanı dayandırmağın əsas şərt olduğunu başa düşəcək adam yoxdur.
Telekanallarımız hər gün Ermənistandakı acınacaqlı vəziyyətdən danışırlar. Ermənistandakı vəziyyətdən xəbərimiz olmasa da, əminliklə deyə bilərəm ki, orada da qonşu Gürcüstanda olduğu kimi icbari tibbi sığorta da var, təhsil də normaldır, orada uşaqlar məktəbə özlərindən ağır çantalar daşımırlar. Hasısa mafiya üzvü övladına xaricdə ev almaq üçün cəfəng fikirlərlə dolu kitablar yazıb pul qazanır, bizim uşaqlarımız da həmin kitabları daşıyıb bellərini şikəst edirlər.
Şübhə etmirəm ki, Ermənistanda yollar bizim bölgələrdəki kimi palçıqlı deyil, dövlətin meliorasiya idarəsi yalnız məmurlara aid əkin sahələrinə su çəkmir.
Yeri gəlmişkən, indi şirin su neftdən də qiymətlidir. İsveçrə kimi ölkələrdə yüzlərlə süni göllər yaradıb bir damcı suyun israf olmasına imkan vermirlər. Bizim ölkədə isə çayların suyu dənizə tökülüb şorlaşır, suya həsrət qalan insanlar tər iyi verirlər.
Ölkədən Rusiyaya mühacirət edən milyonlarla kasıb azərbaycanlının da güzəranı yaxşı deyil. Məmurlarımız qərbyönümlü siyasət apardıqları üçün Rusiyadakı azəbaycanlıları sıxışdırırlar. Varlılarımız oğurladıqları pulların saxlandığı Avropaya, kasıblarımız Rusiyaya gedirlər. Ona görə də varlı təbəqəyə qərbpərəst siyasət aparmaq sərfəlidir.
Telekanallarımız guya kitab təbliği ilə məşğuldur. Əslində Azərbaycan kimi ölkələrdə əhalinin savadlı olması bəzi məmurlara sərf eləmir, çünki savadlı xalqı indiki kimi istismar edə bilməzlər, ona görə də təhsil sistemini məhv etməyə çalışırlar.
İkincisi, kitab oxumaq vərdişi uşaqlıqdan formalaşmalıdır. Azərbaycanın bütün orta məktəblərində kitabxanalar var, kitabxanaçılar hər ay maaş alırlar. Salyan kəndlərinin birində oxuyan 11 yaşlı qohumum dedi ki, məktəbin kitabxanasından iki dəfə kitab götürüb oxuyub, üçüncü dəfə götürməyə qoymayıblar. Hekayələr yazan, rəsm çəkən bu qıza yazığım gəldi. Onun ailəsinin kitab, jurnal almağa maddi imkanı yoxdur. Deyilənə görə, məktəblərə kitabxanaçıları da rüşvətlə işə götürürlər.
Məktəb kitabxanaları şagirdləri oxumağa həvəsləndirməli, məktəblərdə əsərlərin müzakirəsi, yazıçılarla görüş keçirilməlidir. Bizim bəzi kitabxanaçılar isə uşaqları kitabxanaya girməyə qoymurlar. İntellektual teleaparıcı Elçin Əlibəyli bu mövzuya bir veriliş həsr etsə, yaxşı olar. Onun dəvət etdiyi qonaqların sifətindən də intellekt tökülür. Verilişində kitab oxumaqla bağlı bir şüar da gedir. E. Əlibəylini qınamayaq, ciddi mövzular qoya bilmədiyi üçün bayağı mövzulara müraciət edir. Çox güman ki, Əlibəyli heç məktəb kitabxanalarını da müzakirəyə çıxara bilməz, çünki bu sahədən talanan pullların kimin cibinə getdiyini və ölkədə savadsızlaşdırma siyasətini kimlərin apardığını yaxşı bilir.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Mətanət ƏLİYEVA
Bölməyə aid digər xəbərlər