18:09 / 26-10-2025
"Neftçi" qələbə qazanıb
11:28 / 26-10-2025
İlham Əliyev Avstriya prezidentinə məktub göndərib
10:46 / 26-10-2025
Trampın iştirakı ilə sülh sazişi imzalanıb
10:27 / 26-10-2025
Azərbaycan millisinin üzvü əməliyyat olunub
23:17 / 25-10-2025
Vəkil Zabil Qəhrəmanov həbs olunub
18:00 / 25-10-2025
Anar Əsədlidən 4 şikayətçi var
17:55 / 25-10-2025
“Sputnik Azərbaycan”ın böyük redaktoru Rusiyaya gedib
15:45 / 25-10-2025
Onlayn qumar oyunları: 5 dəstə ifşa edilib
14:48 / 25-10-2025
Sədr postu uğrunda mübarizə ata-oğul qarşıdurmasına səbəb olub
13:09 / 25-10-2025
Sabah yağış yağacaq - Proqnoz
11:31 / 25-10-2025
Prezident İlham Əliyev Tokayevə məktub göndərib
11:01 / 25-10-2025
Metroda dava salan 4 nəfər saxlanılıb
10:34 / 25-10-2025
Bakıda Zəfər konserti və atəşfəşanlıq olacaq
10:17 / 25-10-2025
Azərbaycan XİN Qazaxıstana təbrik ünvanlayıb
10:02 / 25-10-2025
Rusiya üzərində 121 Ukrayna PUA-sı vurulub
09:30 / 25-10-2025
Rusiya Kiyevə zərbə endirib: yaralıların sayı artır - (Yenilənib)
09:05 / 25-10-2025
Premyer Liqa: bu gün 4 komanda qarşılaşacaq
00:13 / 25-10-2025
Prezident Qubadlı ilə bağlı video paylaşıb
00:01 / 25-10-2025
Qubadlı şəhərinin işğaldan azad olunmasından 5 il ötür
23:49 / 24-10-2025
Şahnaz Haşımova xəstəxanaya yerləşdirilib
20:54 / 24-10-2025
Azərbaycan BMT ilə 2026-2030-cu illər üçün Əməkdaşlığa dair Çərçivə Sənədi imzalayıb
18:03 / 24-10-2025
Ermənistan və İran sadələşdirilmiş gömrük dəhlizi üzrə saziş imzalayacaq
17:54 / 24-10-2025
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
17:49 / 24-10-2025
Veteranlara verilən 80 manat artırılmayacaq
17:14 / 24-10-2025
Dövlət Agentliyinin rəisi vəzifədən azad olunub - Yeni təyinat - (Yenilənib)
16:54 / 24-10-2025
"Starlink" vasitəsilə kibercinayətkarlıq artıb - Foto
16:36 / 24-10-2025
Avropa yeni raketdaşıyıcısını təqdim edib - Fotolar
16:20 / 24-10-2025
Ceyhun Bayramov TDT Baş katibi ilə görüşüb
16:07 / 24-10-2025
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
15:58 / 24-10-2025
Dövlət müəssisələrindən bir milyon manat mənimsəyənlərə cəza istənilib
11:29 / 24-10-2025
Paşinyan Erməni Apostol Kilsəsini Azərbaycanla sülhə təhlükə görür
13:40 / 23-10-2025
Xocalıya növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
14:48 / 25-10-2025
Sədr postu uğrunda mübarizə ata-oğul qarşıdurmasına səbəb olub
19:39 / 22-10-2025
Azərbaycan və Ermənistan nümayəndələri Yerevanda görüşüblər - Fotolar
12:35 / 24-10-2025
Sülh savaşı - Zahid Oruc yazır
17:50 / 23-10-2025
On yeddi mindən çox müəllimin maaşı artacaq
14:16 / 23-10-2025
Hərbi ekspert: Azərbaycan Cənubi Qafqazda sabitliyi təmin edən əsas aktordur
17:14 / 24-10-2025
Dövlət Agentliyinin rəisi vəzifədən azad olunub - Yeni təyinat - (Yenilənib)
15:34 / 23-10-2025
Ərdoğan və Netanyahunun yeni döyüş meydanı - Kipr
18:00 / 25-10-2025
Anar Əsədlidən 4 şikayətçi var
14:48 / 23-10-2025
Professor: Azərbaycan və Ermənistandakı partiyalar arasında da təmaslar olmalıdır
23:17 / 25-10-2025
Vəkil Zabil Qəhrəmanov həbs olunub
Fuad Abbasov və absurd qanunlar
Tarix: 23-05-2019 16:35 | Bölmə: Nadir QOCABƏYLİ

Rusiyada miqrantlara qarşı həm qanunvericilik , həm də məmular və hüquq-mühafizə orqanları səviyyəsində alçaldıcı, təhqiramiz münasibət olması haqqında bir neçə dəfə yazmışam. Rusiyada olduğum 4 ayda bu məsələləri az-çox yaxından müşahidə edə bildim.
Təsəvvür edin ki, miqrasiya qanununa əsasən, bir azərbaycanlı Rusiya ərazisində cəmi 90 gün qala bilər. Bundan artıq qalmaq istəyirsə, yenidən vətənə qayıtmalı, 3 ay burada qaldıqdan sonra yenidən Rusiyaya dönməlidir.
Rusiyada qaldığın 3 ay ərzində hökmən qeydiyyata düşməlisən. Bunun üçün pasportunu tərcümə etdirməli, hansısa işbaza səni qeydiyyata saldırması üçün adam başına təxminən 50-70 manat ödəməlisən. 20 manat da pasportun tərcüməsidir. Bəla burasındadır ki, kirayə etdiyin evlərin sahibləri səni qeydiyyata saldırmaqdan imtina edirlər. Çünki bunun üçün müəyyən sənədlər, vergi-filan tələb olunur. Üstəlik ev sahibi Miqrasiya idarəsinə gedib, orada bir gün vaxt itirməlidir. Ən asan yol adambaşı bir işbaza 70-80 manat verirsən, məsələ 3 aylıq həll olunur. Öz millətimizdən olan həmin işbazlar hüquq-mühafizə və miqrasiya orqanları ilə əlbir işləyirlər.
3 ayın tamamında gərək Azərbaycana qayıdasan, yalnız burada 3 ay qaldıqdan sonra geri dönə bilərsən. Qanun belədir və bunun alternativi yoxdur. Ancaq işbazlar Rusiyadakı korrupsioner dairələr ilə bunun da çarəsini tapıblar. Ən yaxın sərhəddən ölkədən çıxır və dərhal da geri qayıdırsan. Məsələn, Samaradan ən yaxın xarici ölkə olan Qazaxıstana gedir, dərhal da geri qayıdır və yeni miqrasiya kartı əldə edirsən. Həmin kartla pasportun yeni tərcüməsini və 50-60 manatı işbaza verirsən və o, səni yenidən qeydiyyata saldırır. Onu da qeyd edim ki, 30-40 manat da səni sərhədə aparıb, giriş-çıxış əməliyyatını həyata keçirən işbaz sürücüyə ödəyirsən və o da puldan məmurlara, yoldakı postlara pay verir.
Mən Rusiyanın miqrasiya qanunvericiliyini tapıb oxudum. Orada belə bir prosedur qeyri-qanuni sayılır. Yəni Qazaxıstana giriş-çıxış edildikdən sonra edilən qeydiyyat birmənalı saxtadır. Amma bunu Miqrasiya idarəsi, digər qurumlar, hətta universitetlər qəbul edirlər. Mən onlardan bu haqda soruşdum, ancaq cavab verə biləmədilər, ağız sürüdülər.
Universitet tələbəni təhsil almağa qəbul edir, amma onu qeydiyyata salmır. Yataqxanada yer ala bilsən, qeydiyyata da salırlar. Yer olmasa, hər üç aydan bir məcburən ölkəyə giriş-çıxış etməli, hər dəfə də 100 manata qədər xərcə düşməlisən. Bu pullar işbazlarla rus məmurlarının cibinə axır. Təsəvvür edin ki, universitet öz tələbəsinin, həm də ona təhsil haqqı ödəyən tələbənin dərslərdə iştirakı, bilik əldə etməsi üçün heç nə edə bilmir. Miqrasiya idarəsi onu hər an qeydiyyata görə deportasiya edə bilər.
Məsələ burasındadır ki, miqrant tələbələrə yataqxanada yer almaq da lotoreya uduşu kimi bir şeydir. Odur ki, hər üç aydan bir 100 manat xərc çəkib Qazaxıstana getməli, qeydiyyatı təzələməlidirlər. Yoxsa ən adi pul köçürməsi əməliyyatında belə iştirak edə bilməzlər. Yən banka adlarına gəlmiş pulu ala bilməzlər, çünki istənilən bank miqrasiya kartı və qeydiyyat vərəqəsi tələb edir. Üstəlik, universitet də hər üç aydan bir həmin sənədləri tələbədən istəyir.
Bir rüsvayçı durumu da qeyd edim ki, qeydiyyat vərəqəsini məktəb də şagirdlərdən tələb edir. Halbuki həddi-büluğa çatmayan uşaqlar valideyn himayəsində hesab olunmalıdırlar. Belə çıxır ki, qeydiyyatı olmayan tələbə, hətta şagird də hər an deportasiya oluna bilər.
Çıxış yolu əmək patenti, ondan sonra 3 illik Müvəqqəti Yaşayış İcazəsi (RVP) almaq və daha sonra Rusiya vətəndaşlığını qəbul etməkdir ki, bunlar da bir ətək xərc tələb edir. Görün Rusiya kimi bir ölkə öz demoqrafik problemini hansı yolla həll edir? İnsanlar Rusiya vətəndaşı olmağa sadəcə məcbur edilirlər, amma adı olur ki, guya bu könüllü miqrasiyadır.
Amma patent almaq da səni hər üç aydan bir qeydiyyata düşmək problemindən azad eləmir. Həmin xərci yenə çəkir və əzablara dözməli olursan. Təkcə 1 il müddətində ölkəni tərk etməmək icazən olur. Amma o patentlərlə iş tapmaq da çox müşküldür və bir çox miqrant da iş tapmır. Patenti sadəcə hər 3 aydan bir ölkəni tərk etməmək üçün alırsan və buna görə əvvəldə 500 manatdan çox xərcləyir, hər üç aydan bir də 200 manat ödəyirsən.
Odur ki, bir çox miqrantlar bu qeyri-mükəmməl, onları hədsiz incidən, boşluqlarla zəngin, ədalətsiz qanunları pozaraq qaçaq yaşamaq zorunda qalırlar.
Bir məsələni də qeyd edim ki, bu absurd qanunlara tam əməl etmək mümkün deyil. Neyləsən də, hökümət orqanları istədikləri halda, miqrantda qüsur tapa bilirlər. Gərək bir ətək xərci çəkib, rüşvəti verib Rusiyanın "qara" vətəndaşı olasan. "Qara" vətəndaş isə o deməkdir, hər zaman aşağı növsən.
Bu yazını yazmağa məni son günlər Moskvada həmyerlimiz jurnalist Fuad Abbasovun təhqiramiz formada həbs olunması, fiziki təzyiq və işgəncələrə məruz qalması vadar etdi. Fuad qardaşımız Rusiyada, onun paytaxtı Moskva şəhərində azərbaycanlıların hüquqlarının qorunması, üzləşdikləri problemlərlə mübarizədə nələr etməsi üçün geniş maarifçilik işi aparır, milli maraqlarımızı bir çox səviyyələrdə cəsarətlə müdafiə edirdi. Görünür, onun bu fəaliyyəti düşmənlərimizi, xüsusilə də hər yerdə ayağımızın altını qazan erməniləri və təəssüflər olsun ki, onlarla əlbir olan, xalqımızın bədbəxtliyi üzərində pul qazanan işbaz yurddaşlarımızı qane etmədi.
Fuada olan münasibət bütövlükdə Azərbaycan xalqına olan münasibətin bariz nümunəsidir. Bu alçaldıcı, qanunsuz, təhqiramiz münasibəti biz hər zaman hiss edirik. Sadəcə, böyük qonşumuz olan Rusiya, rus xalqı ilə münasibətlərimizi pozmaq istəmirik. Çünki əslində bu, rus xalqının, onun mütərəqqi insanlarının, ziyalılarının bizə olan münasibəti deyil. Mən Rusiyada olanda bu haqda bəzi ziyalılar, universitet müəllimləri, dekanlar, hətta rektorla söhbət etdim. Onlar mənimlə razılaşdılar. Rusiyanın miqrasiya qanununun absurlarla dolu olduğunu təsdiqlədilər. Ancaq gücsüz olduqlarını etiraf etdilər.
Əminəm ki, Fuad Abbasova qarşı tətbiq olunan zorakılıq sifarişli, qərəzli siyasi aksiyadır. Absurd miqrasiya qanunundan sadəcə qalxan kimi istifadə olunub.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Nadir QOCABƏYLU
Bölməyə aid digər xəbərlər
28-02-2021, 14:55
Xalq adamı ilə xalqın arasına girənlər…
16-01-2021, 23:01
Solovyovdan üzr istəyirəm - Nadir Qocabəyli yazır
3-11-2019, 12:44
Nadir QOCABƏYLİ - Yel qayadan nə aparar, yaxud Prezidentin köməkçisindən nə istəyirlər?

ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək
"Xalq qəzeti"nin şöbə müdiri deyir ki, ömrü boyu özünü axtaran, dəfələrlə yanından ötüb keçən o qədər insan var ki