23:29 / 17-09-2025
“Qarabağ” UEFA reytinqində irəliləyib
22:16 / 17-09-2025
Müəllimlərin sertifikatlaşdırılması prosesi başlayır
18:00 / 17-09-2025
1, 3 və 5 qəpikliklər dövriyyədən çıxarılacaq? - Açıqlama
17:54 / 17-09-2025
Prezident Dövlət Proqramını təsdiqləyib
17:50 / 17-09-2025
Maşın alverçiləri həbs olunub - Yarım milyonluq dələduzluq işi
17:44 / 17-09-2025
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - Sərəncam
17:26 / 17-09-2025
Aktyorun adı ilə dələduzluq ediblər
16:59 / 17-09-2025
Məşhur aktrisalar yenidən cadugərlik edəcəklər - Fotolar
16:56 / 17-09-2025
Aİ komissarı Azərbaycana gəlir
16:39 / 17-09-2025
Keçmiş səfirin qızına cinayət işi açılıb
16:27 / 17-09-2025
Qarabağ Universitetinin yataqxanası istifadəyə verilib - Fotolar
16:23 / 17-09-2025
Azərbaycanlı deputatın şirkətinə cinayət işi açılıb
16:02 / 17-09-2025
Bakı metrosunda iş rejimi uzadılıb
15:57 / 17-09-2025
Azərbaycan Kubokunun 2025/2026 mövsümünün püşkü atılıb
15:30 / 17-09-2025
Yağışlı hava sentyabrın 21-dək davam edəcək
15:17 / 17-09-2025
Alim Qasımov: "Arvaddır, boşayıram, yenə alacağam..."
15:01 / 17-09-2025
Vəkil Cavidan Osmanlıya cinayət işi açılıb
14:49 / 17-09-2025
Azərbaycanlı diaspor sədrinin vətəndaşlığı ləğv edilib
14:27 / 17-09-2025
Toxunuş qızılın kütləsini azaldır
14:00 / 17-09-2025
Müdafiə nazirinin mərhum müavininin cinayət işi üzrə məhkəmə yekunlaşıb
14:00 / 17-09-2025
Rusiya Ukraynanın nəqliyyat arteriyalarını sıradan çıxarmaq istəyir
13:54 / 17-09-2025
Məhkəmə hüquq müdafiəçisi barəsində qərar verib
13:49 / 17-09-2025
"Bakı Kart"a digər şəxs rəhbərlik edəcək
13:44 / 17-09-2025
"Azərpoçt"un adından saxta mesajlar yayılır
13:23 / 17-09-2025
Cəlaloğlu: Regionumuzun gələcək taleyi bu seçkilərdən asılıdır
13:18 / 17-09-2025
"Qarabağ" Çempionlar Liqasında "Barselona"nın nailiyyətini təkrarlayıb
13:03 / 17-09-2025
Ceyms Kemeron "Terminator 7" üzərində işləyir
12:47 / 17-09-2025
Sabah bəzi rayonlara leysan yağacaq - Proqnoz
12:44 / 17-09-2025
Rusların aldadaraq müharibəyə gətirdiyi keniyalı əsir düşüb
12:43 / 17-09-2025
Bir neçə qurum onlayn rejimə keçib - Siyahı
13:31 / 16-09-2025

20:48 / 13-09-2025

18:40 / 14-09-2025

23:44 / 12-09-2025

15:37 / 14-09-2025

13:50 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:27 / 13-09-2025

00:04 / 16-09-2025

Avropa parıltısı və kor siyasət - N. Qocabəyli yazır
Tarix: 14-06-2019 14:19 | Bölmə: Nadir QOCABƏYLİ

1993-cü ildə Heydər Əliyevi hakimiyyətə dəvət edən AXC öz üzvlərini onun əleyhinə qaldırdı. Onu sovet qalığı, antidemokrat, diktatot elan etdi. Əliyevlə işləmək istəyən cəbhəçilərə "satqın" damğası vurulurdu. Bu, siyasi riyakarlığın, simasızlğın zirvəsi idi...
Bir neçə dəfə yazmışam. 1994-cü ildə mənə Gənclər və İdman nazirliyində iş təklif olundu, qəbul etmədim. Çünki "satqın" adlandırılmaqdan qorxdum. İndiki ağlım olsaydı, bunlara "satqın özünüzsünüz",- deyər, lazım gəlsə, bunu arqumentlərlə sübut edər və təklifi qəbul edib, işləyərdim.
Təkcə ona görə yox ki, özümə bir gün ağlayar, normal karyera qurardım. Həm də ona görə ki, tarix həm Heydər Əliyevin, həm də onun ardıcıllarının bunlardan qat-qat yaxşı, dürüst, səmimi, ağıllı, tədbirli və dözümlü, vətənə bağlı insanlar olduğunu isbat elədi...
Səhvlər, nöqsanlar, problemlər hər yerdə var. Xüsusilə də, bizim kimi gənc, dövlət təcrübəsi az, böyük dövlətlərin və güclərin təzyiqi altında sıxılan bir ölkədə.
Elçibəy gecəylə Kələkiyə uçmaqdansa, normal şəkildə istefa verib, hamımızı Heydər Əliyevin ətrafında birləşməyə çağırsaydı, Azərbaycan xalqı qarşısında daha böyük xidmət etmiş olar, daha dürüst hərəkət edər və daha çox rəhmət qazanardı. Onda biz daha güclü, daha monolit olardıq, problemlərimiz daha az olardı. AXC-nin böyük potensialı dövləti dağıtmağa, xaricilərə xidmət etməyə yox, quruculuğa, inkişafa, tərəqqiyə sərf olunardı. Amma nəticəsi nə oldu, bizim getmədiyimiz vəzifələrə karyeristlər, konyukturçular, əliəyrilər, rüşvətxorlar doluşdular, AXC yeddi yerə parçalandı, dəyərli insanlar pərən-pərən oldu, didərgin düşdü, xəstə düşdü, həyatdan vaxtsız köçdü...
Bumuydu sizin siyasətiniz, ağıllı taktikanız? Beş-altı qanun maddəsi, tarix, şüar əzbərləməklə deyil e, ənənə, kök, təcrübə, tərbiyə lazım idi. Bununsa heç biri sizdə yoxdur. Normal ailə tərbiyəniz də olmadı ki, heç olmasa, böyük sözü dinləyəsiniz. 25-30 yaşlı gənclər olduğunuz halda, 70 yaşlı təcrübəli, ağsaqqal, müdrik bir adama qarşı dikbaşlıq etdiniz və bizləri də yoldan çıxartdınız. Di alın, bu da aqibəti. Artıq "toy generalı", "mikrofon siyasətçisi" də deyilsiniz...
Əgər xalq hərəkatı dalğasında siyasi mübarizəyə qoşulmuş insanlar, AXC, AMİP və digər təşkilatların ətrafında olanlar, gənclər Heydər Əliyevin ətrafına toplanıb, onun ağsaqqalığını qəbul etsəydilər, indi Azərbaycan bundan qat-qat yaxşı durumda olardı. Bunun üçün sadəcə Elçibəyin, İsa Qəmbərin, İsgəndər Həmidovun, Etibar Məmmədovun, Əli Kərimlinin və digərlərinin öz tərəfdarlarına müraciət etmələri kifayət idi. O vaxt biz gənc idik, bütün gənclər kimi siyasi prosesləri düzgün qiymətləndirməkdə çətinlik çəkir, liderlərimizin ağzına baxırdıq. Mən şəxsən Əli Kərimliyə inanırdım, həm də çox inanırdım. Əgər düzgün, ağıllı yol göstərsəydi, hər şey tamamilə başqa cür olardı. O isə hoqqabazlığı, yalançılığı, fırıldaqçılığı seçdi, dostlarına, tərəfdarlarına xəyanət etdi, xaricilərin şirin vədlərinə uydu, xam xəyala qapıldı, elə bildi, amerikalılar, avropalılar onu prezident edəcəklər. Amma sonu nə oldu? Beş-on nəfər feysbuk trolunun, mühacir qırıntısının ümidinə qalıb. Seçkilərə belə qatıla bilmir, “seçki mühiti yoxdur”,- deyir. Seçki mühiti var, Əli bəy, sən yoxsan və bundan xəbərin yoxdur!
Siz öz kor, yarıtmaz, yaramaz siyasətiniz, utopik Avropa sevdanız, Amerika azarkeşliyiniz, Qərb fanatlığınız, demokratiya romantikanız, insan haqları düşüklüyünüz, hər şeyi üzdən görən dayaz təfəkkürünüz, bununla belə dəvəquşu oyunbazlığınızla hər şeyi məhv etdiniz. Gəncliyimizi də, inamımızı da, dostluğu da, etibarı da, kişi sözünü də, həyatımızı və sağlamlığımızı da...
Amma hələ də tövbə etmək fikriniz yoxdur. Edə də bilməzsiniz, çünki geriyə yolun olmadığı təhlükəli bir oyuna girmisiniz. Narko-mafiya üzvləri oyunu tərk edə bilmədiyi kimi, sizin də geriyə yolunuz yoxdur. Amma əfsuslar olsun ki, avropalı dayılarınızın dəstək verdiyi yalançı demokratiya şüarlarınızla gəncləri aldadıb yoldan çıxarır, onların gözlərini Qərb dəyərləri ilə qamaşdırmaqda davam edirsiniz. Ancaq o Qərb parıltısının nələrə əsaslandığını, bazasının və bazisinin nədən ibarət olduğunu bir kəlməylə də izah etmirsiniz. Əksinə, ciddi-cəhdlə gizlətməyə çalışırsınız.
Yetər artıq! Yetər gəncliyin bədbəxtliyi üzərində siyasət qurmaq! Bizim ahımız sizi tutduğu kimi, indiki gəncliyin ahı da balalarınızı tutar!
Məzlumların və məsumların ahından qorxun!
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Nadir QOCABƏYLİ
Bölməyə aid digər xəbərlər
28-02-2021, 14:55
Xalq adamı ilə xalqın arasına girənlər…
16-01-2021, 23:01
Solovyovdan üzr istəyirəm - Nadir Qocabəyli yazır
3-11-2019, 12:44
Nadir QOCABƏYLİ - Yel qayadan nə aparar, yaxud Prezidentin köməkçisindən nə istəyirlər?